Qəbələdə sahibkarları dinlənildi - FOTOLAR

img

15-11-2023 [17:46]


Zaqatala Rayon Qaz İstismar İdarəsinin baş mühəndisinin açıq elan etdiyi “Səyyar qəbul otağı” bu həftə Qəbələ rayonunda təşkil olunub.

Mia.az “Azəriqaz”a istinadən xəbər verir ki, KOBİA nümayəndəsinin də məsləhət və tövsiyəsindən sonra mikrofon sahibkarların ixtiyarına verilib.

44 günlük Vətən müharibəsi iştirakçısı Sahil Rəsulzadə icarəyə götürdüyü, Orxan Şirinbəyli isə yeni inşa etdirdiyi şəxsi obyektinin qazlaşmasını xahiş edib. Çıxış edən digər sahibkar Ceyhun Rəsulov debitor borcun ödənilməsində cari ilin sonunadək Birlikdən möhlət verilməsini istəyib.

Zaqatala RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı sahibkarlara ətraflı məlumat verərək qeydiyyat aparıblar.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA