Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-11-2023 [00:01]
Qoç - sıx, dərin və emosional təmaslar zamanıdır. Təhlükəsizlik, müdafiədə olmaq hissi yaşamaq istəyirsiniz. Kənar təsirdən, xüsusilə də təzyiqdən qorunun. Başladığınız işdə ləngitmə və axsamalara yol verməyin. Gələn xəbərlərə diqqət yetirin, yenilikləri təhlil edin. Günün ikinci yarısında dəvət aldığınız tədbirə yollanın. Fəallığa kəskin ehtiyac duyulan yerdə ətalətli olmayın. Gərəksiz hisslərdən qurtulun. Köhnə əşyaya yeni istifadə müstəvisi və ya sahəsi tapın.
Buğa - işə münasibətdə ciddi dəyişikliklər olacaq. Ümumi planlar, sifariş və ya məqsədiniz olan insanlarla təmaslarda diqqətli olun. Cari problemlər sizi gərəkdiyindən artıq narahat etməsin. Təşvişə düşməyin. Cari işlərlə məşğul olun. Qüvvənizi bərpa etməyə çalışın. Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Yaxınlarınızla münasibətlərdə yaranan gərginliyi dərhal aradan qaldırın, vəziyyəti ağırlaşdırmayın. Axşam saatlarında xoş istirahətə çalışın.
Əkizlər - maliyyə məsələlərində diqqətli olun. Qənaətli davranın. Məqsədə çatmaq üçün səylə çalışmağınız gərəkdir. Diqqət mərkəzində saxlamağa ehtiyac duyulan obyektlərin sayı sürətlə artır. İşi effektiv etməyə çalışın, yardımçı və ya sizə dəstək ola biləcək insan arayın. Pozitiv emosiyalar istisna deyil. İnformasiya axtarışı, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.
Xərçəng - hadisələrin axarında dəyişikliklərə hazır olun. Şərtlərin və hadisələrin ərəfə siqnallarının yenilənməsini sezin. Borcları qaytarın, vədləri yerinə yetirin, istəkləri nəzərə alın. Yenilənmə üçün əlverişli zamandır. Günün ikinci yarısını etibar etdiyiniz insanlarla keçirin. Ailə üzvləri və xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə həssas olun. Sizdən diqqət, qayğı gözləyirlər. Şəxsi münsibətlərdə tələsməyin. Sevdiyiniz insanın reaksiyalarına fikir verin.
Şir - bu günlərdə başladığınız işi davam etdirmək və bitirmək üçün əla gündür. Səhhətinizə fikir verin. İş qrafikində köklü olmasa da, dəyişikliklər etmək olar. Yaxın ətrafınızdakı insanlarla təmaslarda birmənalı olmayan motivlər və situasiyalar yarana bilər. İnsanlar həmin insanlardır, amma hisslər və mövqelər dəyişir. Bəzi münasibətlərdə durğunluq hiss etsəniz, ünsiyyət stilini dəyişin. Xəbərlər və dəyişiklikləri təhlil edin. Axşam saatlarında səs-küylü tədbirə qatılmayın.
Qız - aktiv tədqiqatlar və səs-küylü araşdırmalar üçün əlverişli gün deyil. Başladığınız işləri mütləq başa vurun. İstirahət və əyləncə zamanı deyil. Maraqlandığınız, həzz ala biləcəyiniz işi seçin. Nəticələr sizi razı salmalıdır. Son vaxtlar aramsız hiss olunan gərginliyə son qoya biləcək olaylar baş verə bilər. Ailə təmasları və sizin üçün mühüm əlaqələrdə emosiyalar çoxdur. Axşam saatlarını rahat, komfortlu şəraitdə keçirin.
Tərəzi - güzəşt, kompromis günüdür. Konkret şəxsə görə bəzi maraq və ya niyyətinizdən imtina etməyiniz gərəkdir. Belə vəziyyətdə intuisiyanıza güvənin. Yeni istiqamətdə hərəkətinizi sürətləndirin. Bəzi situasiyalar aydınlaşır. Kiminlə plan qurmağın, kiminlə işləməyin asılı olduğu mühüm məsələlərə cavablar aşkarlanır. Yaşam arealının rekonstruksiyası, təmir-tikinti işləri, qayda yaratmaq üçün əlverişli zamandır. Hisslərinizdə sakitlik, qarşılıqlı anlaşmaya, stabilliyə can atırsınız.
Əqrəb - yeni, əhəmiyyətli olay yaşanmayacaq. Hadisələr rəvan məcradadır. Günlə bağlı xüsusi, əlahiddə planlar qurmayın. Cari, rutin işlərlə məşğul olun. Tənbəllik etməyin, aktiv olun. Ətalətə və süstlüyə qapılmayın. Artıq yükə çevrilən təmaslar, hisslər və əşyalardan qurtulun. Pozitiv dəyişikliklər üçün məkan hazırlayın. Axşam saatlarını xoş ünsiyyətə həsr edin.
Oxatan - başladığınız işdə qətiyyətli və diqqətli olun. Kiçik maneələr, mənasız iddialar sizi yolunuzdan döndərməməlidir. İşdə cərəyan edən yeni prosesə laqeyd seyrçi olmayın. Ünsiyyət intensiv və emosional olacaq. Yaxınlarınız həddən ziyadə tələbkardır. Onların nigaranlığına səbəb olmadığını anladın. Axşam saatlarında ailəvi istirahəti seçin.
Oğlaq - qayda yaratmaq və müəyyənlik yaratmaq istədiyiniz sahədə, mövzuda irəliləyiş üçün əlverişli gündür. Planlar, hadisələr və emosiyaların tam əksəriyyəti sizə önəmli insanlarla bağlıdır. Hadisələr plan üzrə getməzsə, reaksiya və nəticələrdə tələsməyin. Situasiyaya təsir üçün ətrafınızdakı insanları narahat etməyəcək, daha konstruktiv variantlar seçin. Yardıma ehtiyacı olan insana kömək edin. İdealınıza, məqsədinizə yaxınlaşmaq üçün yaxşı gündür. Axşam saatlarını istirahətə həsr edin.
Dolça - ailə üzvləri ev işləri və qayğıları ətrafında birləşir. Səhər saatlarından etibarən ciddi, böyük işə başlamaq olar. Təmir və yerdəyişmə üçün uğurlu gün deyil. Xaosun müşahidə olunduğu sahələrdə qayda yaratmağa çalışın. İşləri nizama salın. Köhnə planlardan birinə qayıdış mümkündür. Gərəksiz saydığınız ideya və ya əşyalardan biri karınıza gələ bilər. Kreativ olun. Yaxınlarınıza münasibətlərdə həssas olun.
Balıqlar - yaxınlarınıza əməli və emosional dəstək olun. Özünüzü təhlükəsizlikdə hiss etmək istəyəcəksiniz. Yaşananları müşahidə edin. Olayların öz axarı ilə davam etməsi mümkündürsə, hadisələrə müdaxilə etməyin.
Yaşam arealı və iş məkanında qayda yaradın. Günün ikinci yarısında sayıq olun. Niyyətiniz ciddidirsə, şəxsi münasibətlərdə müsbət dəyişikliklər ehtimalı var. Sevdiyiniz insanın istək və maraqlarına diqqətlə yanaşın. Gələcəklə bağlı planları müzakirə edin.
Milli.Az
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO