İstanbulda professor Çingiz Abdullayevin kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
21-10-2023 [18:12]
Dünən İstanbul şəhərindəki Türkiyə Ədəbiyyat Vəqfində tanınmış azərbaycanlı alim-kulturoloq, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevin qardaş ölkədə yeni nəşr edilən kitablarının təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Sultan Əhməd məscidi ilə Ayasofiya Böyük Məscidinin əhatəsində yerləşən Türkiyə Ədəbiyyat Vəqfində təşkil olunan tədbirdə nüfuzlu elm-mədəniyyət adamları, ictimai siyasi xadimlər iştirak edib.
Görüşə toplaşanları salamlayan Türkiyə Ədəbiyyat Vəqfinin sədri Serhat Kabaklı professor Çingiz Abdullayevin keçdiyi ömür yolundan danışıb, elmi və ictimai fəaliyyəti barədə geniş məlumat verib.
Vəqf sədri bildirib ki, azərbaycanlı alimin yeni nəşr etdirdiyi “Kardeş ülkeler” və “Türkiyənin çokkültürlü mühiti” (türk və ingilis dillərində) kitabları Türkiyə Cümhuriyyətinin 100 illiyinə sanballı töhfədir. Serhat Kabaklı qeyd edib ki, müəllifin iştirakı ilə keçirilən təqdimat mərasimi Türkiyə-Azərbaycan arasında elmi və mədəni əlaqələrin inkişafının göstəricisi sayıla bilər.
Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz təbliğatçılarından sayılan İmdat Avşar hər üç kitabın əhəmiyyətindən danışıb, müəlliflə yaradıcılıq əlaqələrindən bəhs edib. Almaniyada yaşayan tanınmış yazıçı-tərcüməçi Orhan Araz çıxış edərək bildirib ki, “Ön söz” yazdığı “Kardaş ülkeler” kitabında professor Çingiz Abdullayev çox aktual məsələlərə toxunub.
İngilis dilində çap olunan “Türkiyənin çokkültürlü mühiti” kitabının “Ön söz” müəllifi doktor Christian Johannes nəşrin elmi əhəmiyyətindən danışaraq, Avropada böyük maraqla qarşılanacağına inandığını ifadə edib.
Kitabın türkcəsinin “Ön söz” müəllifi Çanakkale 18 Mart Universitetin professoru Vedat Çalışkan bildirib ki, bu sanballı nəşr professor Çingiz Abdullayevin çoxillik elmi araşdırmalarının məhsuludur.
Söz alan İstanbuldakı Azərbaycan Kültür Evinin rəhbəri Hülya Aksoy, Yedditəpə Universitetinin professoru, soydaşımız Teymur Rzayev təqdim olunan nəşrlərin elmi əhəmiyyətindən danışıb, müəllifə uğurlar arzulayıblar.
Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev tədbirə gələnlərə minnətdarlığını bildirib, təqdimat mərasiminin Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Təqdimat mərasiminin iştirakçıları Çingiz Abdullayevin ssenarisi ilə çəkilən “Mühit” sənədli filminə tamaşa edərək çay süfrəsi arxasında fikir mübadiləsi aparıblar.
Sonra tədbir “Türkiyənin çokkültürlü mühiti” kitabının tədqiqat obyektlərindən biri- İstanbulda polşalıların yaşadığı Polonezköydə davam etdirilib. Müəllif kitabı kəndin muzeyinə bağışlayıb. Sonda azərbaycanlı alimə kənd sakinləri adından xatirə hədiyyəsi təqdim olunub.
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"