Saatlı sakini kriminal şəxsin sifarişi ilə qətl törədib? - Samuxdakı qətlin icraçılarına hökm oxundu
19-10-2023 [15:08]
Gəncə Ağır Cinayətlər Məhkəməsində Samuxda iş adamı Aytəkin Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Mehdiyev və Tural Yusifovun cinayət işi üzrə məhkəmə keçirilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, araşdırmalar zamanı A.Hüseynovun xeyli müddət Ukraynada yaşaması və orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olması, 2020-ci ildən isə Azərbaycana köçüb Samuxun Sərkar kəndində yaşaması məlum olub.
Bir müddət sonra isə Ukraynada yaşayan Saatlı rayon sakini1993-cü il təvəllüdlü Elvin Mehtiyev həmin ölkənin vətəndaşı olan tanışı Samik Babayevlə birgə orada yaşayan Ruslan adlı kriminal avtoritetin sifarişi ilə Azərbaycana gəlib. Onlar birgə Gəncəyə gedərək avtomobil icarəyə götürüblər. Bundan sonra E.Mehtiyev Sərkar kəndində yaşayan 1989-cu il təvəllüdlü Tural Yusifovla əlaqə saxlayaraq ona kömək etməsini xahiş edib.
Eyni zamanda Ukraynada olan Ruslan adlı şəxs Aytəkin Hüseynova zəng edərək qonaqlarının kəndə gəldiyini və onları qarşılamasını tapşırıb.
Samuxda Beşyol adlanan ərazidə Turala məxsus avtomobildə A.Hüseynovu gözləyən Elvin onun yaxınlaşdığını görərək avtomobildən düşüb və bıçaq çıxararaq ürək nahiyəsindən vurub. O, A.Hüseynovun öldüyünü görəndən sonra ona məxsus telefondan yazışmaları və zəngləri silərək gizli yollarla ərazidən uzaqlaşıb.
Məhkəmədə Elvin Mehtiyev hadisəni sifarişlə törətmədiyini deyib. O bildirib ki, Ukraynada olarkən Aytəkinlə arasında münaqişə yaranıb və A.Hüseynov ona silahla atəş açaraq xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda E. Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), T. Yusifov isə 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib. Elvinə 18, Turala isə 16 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Ruslan adlı şəxsin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı hələlik məlumat yoxdur.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov