Qonaq komandanın qolları meydanı atəş çəmbərinə çevirdi - "Ayaks" - "Feyenoord" oyunu yarıda dayandı (FOTOLAR)

img

25-09-2023 [00:02]


Hollandiya Liqasında oynanılan "Ayaks" - "Feyenoord" matçı stadionda yaranan gərginliyə görə yarıda dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ayaks"ın 3:0 hesabı ilə geriyə düşdüyü oyuna meydançaya tez-tez atılan əşya və yandırıcı fişənglərə görə 3 dəfə fasilə veriləsə də, ev sahibi komandanın qəzəbli azarkeşlərini sakitləşdirmək mümkün olmayıb.

Komandalarının zəif oyunu və uduzmaları ilə barışa bilməyən azarkeşlərin stadionu getdikcə yanğın yerinə çevrirməsini görən hakim, nəhayət, oyunu 56-cə dəqiqədə tam dayandırıb. Onun matçı tamamilə ıəğv etməsindən sonra futbolçular güclü mühafizə altına alınıblar.

Xatırladaq ki, "Feyenoord" 9 və 18-ci dəqiqələrdə Santiaqo Gimenez, 37-ci dəqiqədə İqor Paixaonun qolu ilə ev sahibini cəzalandırıb. 37-ci dəqiqıdə vurulan qoldan sonra isə "Ayaks"ın azarkeşlərini "cilovlamaq" qeyri-mümkün olub.

Xəbərdə deyilir ki, stadionda baş verən olaylara görə "Ayaks"a texniki məğlubiyyətlə yanaşı, digər inzibati cəzalar da veriləcək.

Fərid Aslan

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq