ƏLİYEVLƏ PAŞİNYAN GÖRÜŞƏCƏK - Məkan və tarix açıqlandı

img

25-09-2023 [00:02]


Qarabağda erməni qüvvələrinin silahlarını yerə qoymağa başladığı bir ərəfədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş yeri və vaxtı açıqlanıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlama yayıb.

Bildirilib ki,  Əliyev və Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Birliyinin sammiti çərçivəsində görüşəcəklər.

Məlumata görə, görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Aİ prezidenti Şarl Mişel də iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 26-da Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanla görüşəcək.

Xatırladaq ki, Qarabağda qanunsuz erməni qüvvələrinin təxribatları artdıqdan sonra sentyabrın 19-da Azərbaycan antiterror əməliyyatına başlayıb. Azərbaycan ordusu bir-bir erməni mövqelərini darmadağın edən zaman erməni separatçıları Prezident İlham Əliyevin tələi üzrə ağ bayraq qaldırıbtəslim oldular. Qarabağın erməni nümayəndələri rəsmi Bakının tələbi üzrə Yevlaxa gələrək şərtlər ətrafında danışıqlara başlayıblar.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 06.12.2023

Sabah yağış yağacaq