Maşına it sümüyü atıb, özünü "yandıran" şirkət rəhbəri hakim qarşısında... - Mənzil dələduzluğu
06-09-2023 [15:49]
Maşına heyvan sümükləri qoyub yandırmaqla özünü ölmüş təqdim edən Rafət Qəniyev məhkəmə qarşısına çıxarılıb. "Kaspian İnşaat MB" tikinti şirkətinin direktoru olmuş Qəniyev mənzil dələduzluğunda ittiham olunur. İddia edilir ki, o, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb.
43-yaşlı Qəniyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sentyabrın 5-də məhkəmə iclasında Qəniyev deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri olub: "Öz beynimin məhsulu idi...".
Onun sözlərinə görə, məsuliyyətdən yayınmaq üçün bu yolu düşünüb.
12 zərərçəkmiş
Mənzil dələduzluğu ilə əlaqədar 12 nəfər zərərçəkmiş qismində tanınıb. Bu məsələ ilə əlaqədar Qəniyev bildirib ki, zərərçəkmişlər dindiriləndən sonra o, ifadə verəcək.
Məsələn, Rəhman Rəhmanov deyir ki, "Kaspian İnşaat MB" şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə ay sonra bilib ki, evini başqasına satıblar: "Evimin orderini başqası mənə göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi üç nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb satıblar".
Zərərçəkmiş Rəhmanov hesab edir ki, bu işləri görmək təkcə Qəniyevlik deyil. Onun fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub: "Bu işləri görmək onun başı üçün deyil. Ona kimsə kömək edib...".
Qəniyev təsdiqləyib ki, Rəhmanovun mənzilini üç nəfərə satıb. Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə, başqasına satıb.
Başqa bir zərərçəkən Firudin Əhmədzadə 2010-cu ildə şirkətdən mənzil alıb və o vaxtdan orada yaşayır. Evinin başqasına satıldığını isə Qəniyev cinayət məsuliyyətinə cəlb olunandan sonra prokurorluqda öyrənib. Deyir ki, indiyədək kimsə gəlib onu narahat etməyib.
Kreditlə televizor almaq istəyəndə...
2021-ci il noyabrın 25-də Sabirabad-Qaragüney yolunda yanmış avtomobil, içində də Qəniyevə məxsus geyimlərlə sümük qalıqları tapılıb. Avtomobilin Sabirabad rayonunun Ətcələr kənd sakini Rafət Qəniyevə məxsus olduğu məlum olub.
Avtomobildəki sümüklərin Rafət Qəniyevə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilib. Müayinədən sonra sümüklər yaxınlarına təhvil verilib, Sabirabad rayonu Sarvan kənd qəbiristanlığında basdırılıb. Ailəsi onun üçün yas məclisi keçirib.
Lakin üstündən təxminən bir il keçəndən sonra Qəniyev Yasamal rayonu ərazisindəki mağazalardan birindən kreditlə televizor almaq istərkən şəxsiyyət vəsiqəsini təqdim edib. Yoxlama zamanı bu vəsiqənin sahibinin "öldüyü" məlum olub. Bu səbəbdən dərhal polisə məlumat verilib.
Maşının yandırıldığı Qaragüney kəndində Qəniyevin qayınatasıgil yaşayır. İddia olunur ki, hadisənin onlara gedərkən baş verdiyi görüntüsü yaratmaqdan ötrü məhz həmin ərazi seçilib.
Qəniyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub/AzadlıqRadiosu
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...