Səlim Müslümovun barəsindəki həbs qərarı götürüləcək?
29-08-2023 [17:44]
Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təyin olunub.
Prosesin keçirilib-keçirilməyəcəyi isə bəlli deyil. Hər dəfə proses bir bəhanə-əsas-səbəblə təxirə salınır. Bu günə qədər keçirilən 100-ə yaxın proses elə məsələlərə görə təxirə salınıb ki, bu günə qədər Azərbaycan məhkəmə praktikası belə əsassız “əsas”lar görməyib.
Bu baxımdan avqustun 30-na təyin edilən prosesin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Məsələn, avqustun 16-da keçirilən proses 3 dəqiqə çəkmişdi və hakimlərdən birinin dəyişməsinə görə təxirə salınmışdı. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sabiq aparat rəhbəri, Səlim Müslümovla birgə həbs olunan Əjdər Cəbiyev(Əjdər Ol) barəsindəki həbs qərarının dəyişdirilməsi üçün kassasiya şikayəti verib. Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir. Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dövlətə dəymiş 600 min manata yaxın ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayır.
Səlim Müslümovun cinayət işi üzrə materiallar 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, yəni 2022-ci il, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib.
İstintaq materiallarına görə, o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 600 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar. Bu gün Səlim Müslümovun cinayət işi üzrə məhkəmədə paradoksal vəziyyət yaranıb - 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş aparat rəhbəri isə həbsdədir. Bu haqda yazmışdıq, bir də bilməyənlər üçün yada salaq ki, 20 milyon çəki baxımından da 500 min manatdan ağırdır. Femidanın bir əlinə 20 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 20 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb, oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı oğurlaya bilərdi.
Əldə etdiyimiz məlumata görə, Səlim Müslümovun rahat şəkildə məhkəmədən azadlığa buraxılmasının səbəbi də məhz Əjdər Olla bağlıdır. Səlim Müslümovu azad etmək niyyəti ortada olsa da, Əjdər Olla bağlı belə bir mövqe yoxdur.
Bildirilir ki, hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün, bu gün, proses uzandıqca uzanır, artıq məhkəməyə daxil olmasının ili də çıxıb. Halbu ki, lap uzağı 2023-cü il fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib - Səlim Müslümov necə lazımdırsa, pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Onun azadlığa aparacaq qərarı isə Ali Məhkəmə verməlidir.
Əks halda, Səlim Müslümov barəsində çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol “aşırımını” aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq.
Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə sonuncu proses bu ilin may ayında baş tutub. Ondan əvvəlki prosesdə isə hakim Faiq Qəniyev proses başlayan kimi deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyirlər.
Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla dövlətə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səlim Müslümov əlbir olduğu digər vəzifəli şəxslərlə birgə mütəşəkkil şəkildə böyük korrupsiya cinayətləri törətdiklərini boynuna alıb. O, oğurladığı 20 milyon manatı geri qaytarıb. Məhkəmənin gedişatında isə onunla işbirliyində olmuş şirkətlərin əvəzindən 4 milyon 500 min manatı da ödəməklə cinayətlərin mütəşəkkil qaydada törədilməsini etiraf etmiş olub. Səbayel Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub/Musavat.com
Allahşükür Paşazadə Vatikana gedir
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz