AFFA bu klubları cərimələyib

img

24-08-2023 [13:32]


AFFA İntizam Komitəsi Premyer Liqanın III turunda keçirilən oyunlara görə, “Kəpəz”, “Turan Tovuz” və “Araz-Naxçıvan”ı cərimələyib.

Mia.az xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” matçı ilə əlaqədar radikal qərarlar qəbul edib.

Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması gəncəliləri 800 manat ziyana salıb. Azarkeşlər tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə, “Kəpəz”ə xəbərdarlıq edilib.

Eyni zamanda, “Mix” zona təşkil olunmadığından və zonaların tələblərinə riayət edilmədiyindən, Gəncə təmsilçisi daha 1000 manat cərimələnib.

“Turan Tovuz” isə azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunması səbəbindən 1500 manat cəriməyə məruz qalıb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq