Millinin oyunçusu qəzada ağır yaralandı - Atası, qardaşı və 2 qohumu maşında yandı (FOTO)

img

22-08-2023 [15:24]


Türkiyənin güləş üzrə millisinin 15 yaşlı üzvü Beytullah Sarının da işində olduğu maşın Manisanın Salihli rayonunda ağır qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Manisanın Salihli rayonunda milli güləşçi Beytullah Sarının da olduğu nəqliyyat vasitəsi maneələrə çırpılaraq alovlanıb. 

Nəticədə millinin üzvünün 41 yaşlı atası Beketr Sarı, 17 yaşlı qardaşı Burak Sarı və 2 qohumu maşında yanaraq ölüblər: "Beytullah Sarı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatına ciddi təhlükə var...".

Hadisə səhərə yaxın saat 04.00 radələrində İzmir-Ankara E 96 avtomobil yolunun Salehli Bülent Ecevit Köprülü qovşağının girişində baş verib.

Tahir

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq