"Qalatasaray" 23 yaşlı futbolçunu satdı - 10 milyon avroya

img

22-08-2023 [00:15]


"Qalatasaray" 23 yaşlı futbolçusu Yunus Akgünü İngiltərə komandasına satıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Yunus Akgün İngiltərənin "Lester Siti" komandası ilə anlaşıb.

Anlaşmaya görə, 2023/2024 mövsümündə ingilis klubunda icarə əsaslarla oynayacaq Yunus Akgünlə növbəti mövsüm məcburi transfer müqaviləsi imzalanacaq: "Anlaşmaya görə, "Lester Siti" 23 yaşlı futbolçu üçün "Qalatasaray"a 10 milyon avro ödəyəcək"

Məlumatda deyilir ki, tərəflər yaxın günlərdə anlaşmanı rəsmiləşdirəcəklər.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq