İngiltərədən Batşuayiyə 10 milyon avroluq təklif gəldi, Baş məşqçi "yox" dedi

img

21-08-2023 [09:09]


İngiltərə Premyer Liqasından Batşuayi üçün "Fənərbağça"ya 10 milyon avro təklif göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən mövsüm ekdavdorlu qolçu Valensiyanın kölgəsində qalmasına baxmayaraq, yaxşı oyun göstərən və bu mövsüm ehtiyat qolçu olmaq istəməyən Batşuayini klub biu qiymətə satmaqdan imtina edib.

Məlumata görə, baş məçqçi İsmail Kartal 30 yaşlı bosniyalı hücumçu ilə Dzekonu komandanın hücum gücü sayıb və transferinə qarşı çıxıb. 

Bu barədə sualları cavablandıran İsmail Kartal biuldirib ki, bütün oyunçular çox yaxşı çalışırlar: "Ancaq meydana 11 nəfər çıxır. Hər kəsin öz növbəsi var. Batşuayi burada çox xoşbəxtdir. O, pozitiv futbolçudur. Danışdıq, burada oynamaqda çox istəklidir. Düşünürəm ki, oyunlarda əlindən gələni edəcək. Batşuayi bizim oyun planımızdadır. Onun adının başqa klublara transferdə hallanması müsbət haldır, amma biz onunla yolları ayırmağı düşünmürük. Hə, daha yaxşı təklif gəlsə və futbolçu getmək istəsə, oturub klub siyasətinə uyğun danışarıq”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq