"Qalatasaray" afrikalı futbolçudan "yaxası"nı qurtara bilmir 

img

16-08-2023 [11:56]


"Qalatasaray"ın baş məşqçisi Okan Burukun yeni mövsümdə heyətində qətiyyən görmək istəmədiyi Kristian Luyindama "başa bəla" olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən mövsüm icarədə olan afrikalı futbolçu bu dəfə Türkiyə klublarından gələn icarə təkliflərini qəbul etməyib: "Qalatasaray"dan ona "özünə klub tap" deyilsə də, o, Türkiyənin əyalət komandalarından oynamaq istəmədiyini deyib. Klubun müqaviləyə xitam vermək istəməsi barədə təklifinə isə Kristian Luyindama "Problem yoxdur. Ancaq  bu halda mənə müqavilə ilə nəzərdə tutulan bütün maaşımı bəribaşdan ödəməlisiniz", - cavabı verib".

Türkiyənin "Fanatik" qəzeti yazır ki, Luyindama Avropa klublarından təklif gələcəyi təqdirdə klubdan ayrılacağını da sözlərinə əlavə edib: "Ancaq ona hələki Avropa klublarından hər hansı bir təklif gəlməyib. "Qalatasaray" klubu isə konqolu futbolçudan maddi sıxıntılara görə yaxasını qurtara bilmir".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq