"Mən türk milliyətçisiyəm" dedi, ancaq... - Baş məşqçi "topa tutuldu"

img

15-08-2023 [16:19]


"MKE Ankaragücü" komandasının baş məşqçisi Tolunay Kafkas sosia media istifadəçiləri tərəfindən "topa tutulub"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl yerli telekanallara açıqlama verən baş məşqçi Tolunay Kafkasın söylədiklərinin əksinə olaraq, ilk turda meydana çıxardığı heyət tənqidlərə tuiş olub.

Xatırladaq ki, Kafkaz belə bir açıqlama vermişdi: "Mən türk milliyətçisiyəm. 8+3 qaydasına kim qarşı çıxsa, mən də ona qarşı olacam. Türk uşağı meydanda olacaq. Bu ölkədə bütün komandanın əcnəbi olması mümkünd deyil".

Lakin dünən superliqada yeni mövsümün ilk oyununda əsas heyətdə meydana çıxan 11 oyunçudan 8-nin xarici olduğu yeganə komanda "Ankaragücü" olub. 

Cəmi 3 yerli oyunçu ilə meydana çıxan  baş məşqçinin bu qərarından sonra yuxarıda qeyd olunan sözləri xatırladlaraq sosial mediada "Hanı sənin türk müllliətçiliyin, Tolunay?" başlıqlı böyük kampaniya başladılıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq