"Qalatasaray" "Şaxtyor"un oyunçusu ilə müqavilə imzalayıb - FOTO

img

11-08-2023 [14:58]


"Qalatasaray" ötən gün İstanbula gələn Ukraynanın "Şaxtyor" komandasının  23 yaşlı braziliyalı yarımmüdafiəçisi Tete ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Tete ilə 4+1 il müddətinə anlaşıb: "Futbolçuya illik 2,8 milyon avro sabit maaş və 3,1 milyon avro birdəfəlik transfer haqqı ödəniləcək".

Xatırladaq ki, Tete ötən mövsüm "Leicester City"də icarə əsasları ilə oynayıb. O, burada 59 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq