Blinkenin müavini Nigerə gedib, xunta lideri onları qəbul etmədi - Dövlət katibinin müavini bir dəfə də olsun "çevriliş" sözünü işlətməyib
08-08-2023 [09:54]
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Nigerə səfər edib.
Mia.az xarici mətbuata istiadla xəbər verir ki, xanım Viktoriya Nuland Nigerdə hərbçi çevriliş edərək iqtidarı ələ keçirən Prezident qvardiyasının rəhbərləri ilə görüş keçirib.
Məlumata görə, iyulun sonundan ABŞ-da xarici işlər nazirinin müavini vəzifəsini icra edən və eyni zamanda, Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandın Nigerə səfəri gözlənilən kimi uğurlu olmayıb.
Xunta rəhbərliyinin “Baş Qərargah rəisi” təyin etdiyi general Musa Salaou Barmou ilə görüşdüyünü qeyd edən Nuland görüşdə demokratik nizama qayıtmanın vacib olduğuu dəfələlrlə vurğulasa da, onun bu sözlərinə məhəl qoyulmayıb.

Viktoriya Nuland
Niameydə jurnalistlərin suallarını cavablandıran Viktoriya Nuland deyib ki, Antoni Blinkenin göstərişi ilə Nigerə səfər ediblər: “Demokratik nizama meydan oxuyan bu məsul şəxslərlə açıq danışmaq, bu məsələləri diplomatik yolla həll etməyə çalışa biləcəyimizi görmək, həmçinin, bəzi açıq məsələlərlə bağlı danışıqlara başlamaq və həm də münasibətlərimizdə nəyin təhlükə altında olduğunu görmək üçün buraaya gəldik".
"Uzun illər ABŞ-la sıx əməkdaşlıq edən" və hazırda xunta rəhbərliyinin "Baş Qərargah rəisi" təyin etdiyi general Musa Salaou Barmou və onu dəstəkləyən üç hərbi səlahiyyətli ilə görüşdüyünü qeyd edən Nuland bildirib ki, müzakirələri səmmi və bəzən də olduqca çətin şəraitdə davam edib: "Hərbçilər öz istədikləri kimi davranacaqlarını qətiyyətlə bildirdilər. Onlar Niger konstitusiyasına uyğun olmayan üslub və idarəçiliyi davam etdirəcəklərini açıq söyləyirlər. Biz hətta Prezident Muhammed Bazum ilə də görüşmək istədik, lakin bu istəyimiz də qəbul olunmadı. Biz Bazumla ancaq telefonla danışa bildik. Bizə həmçinin özünü Vətəni Mühafizə Milli Şurası (CNSP) adlı xuntanın rəhbər elan edən Abdurrahmane (Ömər) Tchiani ilə görüşmək fürsəti verilmədi...".
Blinkenin müavini əlavə edib ki, general Barmou və komandası ilə iki saatdan çox müzakirə aparıblar: "Ona diplomatiyanın qapısını açıq saxlamağı təklif etdik və bu çərçivədə bir sıra variant təklif elədik. Biz eyni zamanda Nigerdə olan Rusiya təhlükəsizlik şirkətinin - "Vaqner"in təhlükəsi, ölkəninn suverenliyinə yaradacaqlaır rskləri diqqətə çatdırdıq. Bundan əlavə, ölkədə jurnalistlər və insan haqları müdafiəçiləri ilə görüşüb müzakirə apardıq".
Xarici mətbuat yazır ki, Blinkenin müavini nə rəsmi görüşlərdə, nə də brifinqdə bir dəfə də olsun "hərbçi çevriliş" sözünü işlətməyib.
Bununla belə, ABŞ hələ Nigerə yardımı dayandırmayıb: "Əgər ABŞ Nigerdəki olayları hadisələri “çevriliş” kimi qələmə versə, o zaman Niger hökumətinə yardımını kəsməlidir".
Qeyd edək ki, Nigerdə 1000-ə yaxın Amerika əsgəri var: "Sahara səhrasının cənubunda Aqadez şəhəri yaxınlığında ABŞ-ın "Niger Hava Bazası 201" adlı İHA bazası var. "Niger 201" Cibutidəki bazadan sonra ABŞ-ına İHA əməliyyatları həyata keçirdiyi Afrikadakı ikinci ən böyük bazasıdır".
Onu da qeyd edək ki, hərbi xunta dünəndən Niger hava məkanını növbəti xəbərdarlığa qədər bağlayıblar.
Onlar bu barədə verdiyi bəyanatda bir xarici ölkənin və ECOWAS ölkələrinin dəstəyi ilə Nigerə əməliyyata hazırlıq görüldüyünü bildiriblər: "ECOWAS-a üzv olan 2 Mərkəzi Afrika ölkəsinə artıq qoşun yeridilib. Orada bizim ölkəyə müdaxilə etmək istəyirlər...".
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyən ECOWAS-ın xuntaya verdiyi müddəti daha bir həftə uzadacağı barədə xəbərlər də yayılır.
Xatırladaq ki, Nigerdə prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının hərbçiləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər. Prezidentin Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.
Lamiyə
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub