Xətaidə dərəbəylikdir - Azyaşlını döyüblər, daha sonra isə...
07-08-2023 [15:17]
Bakıda azyaşlının döyülməsi və zorakılığı əks etdirən görüntülər ictimailəşmişdi. Mağazanın kameralarına əks olunan görüntülərdə iki yeniyetmə azyaşlını vuraraq onu telefona çəkir və yerdə sürükləyir.
Hadisə Xətai rayonu S.Əhmədov küçəsində baş verib. Əməli törədən iki yeniyetmə rayon polis əməkdaşlarının nəzarətinə götürülüb. Zorakılığa məruz qalan uşaqla bağlı isə ekspertiza təyin edilib.
Olayla bağlı təhqiqat işləri bitməmiş zərərçəkənin ailəsi növbəti dəfə təzyiq və təhdidlərlə üzləşib. Azyaşlını döyən yeniyetmələrdən birinin valideynləri döyülən uşağın yaşadığı evə hücum edərək, şikayətlərini geri götürmələrini tələb edib. Bu azmış kimi görüntülərin çəkildiyi mağazanı bağlatdırıblar.
DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya döyülən azyaşlının atası Ruzin Nəsirzadə şikayətlənib. Ata deyib ki, övladının zorakılığa məruz qalmasından sonra indi də ailəlikcə rahatlıqları pozulub:
“İki oğlum var. Böyük oğlum autizm xəstəsidir. Döyülən oğlum Yusifi ingilis və rus dilinə kursa, rəqsə qoymuşam. Biri xəstədi deyə, o uşağı yetişdirmək istəyirəm.
Tır sürücüsüyəm. Çox vaxt yollarda oluram, alın zəhmətimlə çalışıram ki, ailəmin nədəsə çətinliyi olmasın, heç nəyə tamahları çəkməsin.
Amma gəlib belə bir vəziyyəti görəndə bütün həyat gözümdə qaranlığa çevrilir. Bu il Yusif 3-cü sinfə gedəcək. Bu yaşda niyə travma yaşamalıdır ki? Axı biz onu elə böyütmürük? Ailəmlə 5 ildir ki, Xətai rayonu S.Əhmədov küçəsində kirayədə yaşayırıq.
Maraqlana da bilərsiniz, heç kimlə problemimiz olmayıb. Amma həmin uşaqlar dəfələrlə oğlumun qarşısını kəsib, velosipedini əlindən alıblar, ona travma yaşadıblar. Bu dəfə isə uşağın başına, bədəninə xəsarətlər yetiriblər. Məhləmizdə cəmi iki oğlan var. Onlar da mənim oğlanlarımdır. Qalan hamısı qızdır. Hamısı yaşıd sayılırlar.
Qızlar yığışıb marketə gediblər. Oğlum da onlarla qoşulub gedib ki, yanlarında olsun. Bir növ böyüklük edib. Marketin qarşısında oturub qızların çıxmasını gözləyib. Qızlar çölə çıxandan sonra uşağın döyüldüyünü görüblər və bizə də elə onlar xəbər ediblər. Marketə gedən qonşu qadınlar belə döyən uşaqların valideynlərini tanıdıqlarına görə qorxularından olaya müdaxilə etməyiblər”.
Ruzin Nəsirzadənin sözlərinə görə oğlunu döyənlərdən birinin valideyni üzrxahlıq etsə də, digərinin anası onlara təzyiq edərək şikayəti geri götürmələrini istəyir:
“Bacısı və anası evimə hücum edərək, “ərizəni geri götür, yoxsa sizin üçün yaxşı olmayacaq” deyə təhdid edirlər. Hüquq mühafizə orqanları da “biz onlara bata bilmirik, amma ölçü götürəcəyik deyirlər. Heç nə anlamıram. Belə çıxır ki, kim nə istəyir edəcək və cəzasız qalacaq?”.
Şikayətçi qeyd edib ki, zorakılığa məruz qalan oğlunun xəsarətləri ilə bağlı ekspertiza təyin olunsa da, nəticə barədə sənəd onlara təqdim olunmur:
“Ekspertizanıın nəticələrini bizə vermirlər. Deyirlər ki, polis gəlib götürməlidir. Qarşı tərəfin bizə təzyiq və təhdidindən həm Xətai rayon Polis Şöbəsinin 37-ci bölməsi, həm də Baş Prokurorluq məlumatlıdır. Təbii ki, oğlumu döyənlər də uşaqdır, 14-15 yaşları var.
Mən demirəm ki, həbs olunsunlar və ya həyatları məhv olsun. Heç olmasa valideynləri barədə tədbir görülsün. Özlərini güclü və arxalı göstərirlər. Təsəvvür edin ki, o hadisədən sonra oğlumun görüntülərini yayan mağazanı bağlatdırıblar. Övladımı döyməkləri bəs deyil, indi də rahatlığımızı pozurlar. Onlarla bacaran yoxdur”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov isə bildirib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
Hadisə zamanı zorakılığa məruz qalan azyaşlının valideynləri qarşı tərəfin onlara təzyiq göstərdiklərini iddia edirsə bu barədə də əlavə olaraq polisə müraciət edə bilərlər.
Xatırladaq ki, avqustun 2-də Xətai rayonu S. Əhmədov küçəsində 8 yaşlı oğlan 14-15 yaşlarında olan iki yeniyetmə tərəfindən zorakılığa məruz qalıb. Döyülmə faktı ərazidə yerləşən marketlərdən birinin kamerasına düşüb və sosial şəbəkələrdə yayılıb. Hazırda Xətai rayon Polis Şöbəsinin 37-ci bölməsində təhqiqat aparılır.
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb