Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-08-2023 [00:02]
Qoç - özünüzə əlavə problemlər yaratmayın. Düşünülməmiş qərarlar verməyin, tələsik addımlar atmayın. Aqressiv olmayın. Yaxın ətrafınızdakı insanlar sizdən məntiqli və soyuqqanlı olmağınızı istəyirlər. Davranış modelinizdə dəyişikliklər olmazsa, indiki əməllərinizin acısını sonralar çəkəcəksiniz.
Sevdiyiniz insanla günün ikinci yarısında mübahisələr ola bilər. Ciddi münaqişə ehtimalı azdır, amma ünsiyyətin normallaşması çox vaxt alacaq. Yeni tanışlıqlar perspektivlər vəd etsə də, gözləntilərinizi doğrultmayacaq. Yaşam tonusunun səviyyəsi yüksəkdir. Axşam saatlarında səhhətiniz pisləşə bilər. Rasionunuza ciddi fikir verin.
Buğa - yeni layihəyə başlamaq çün əlverişli gündür. Kommersiya sahəsində fəaliyyət göstərirsinizsə, aktiv olun. Hansı ideyaların gəlir vəd etdiyini, hansı layihələrin isə perspektivsiz olduğunu sürətlə müəyyənləşdirməyə çalışın.
Yaxın ətrafınızdakı insanlar sizin bəzi fikirlərinizlə razılaşmırlar. Onlara qarşı sərt iradlar bildirməyin. Kiminsə sizə dəstək və ya yardım edəcəyini gözləməyin. Mövqeyinizi münasibətlərinizə zərər vermədən qorumağa cəhd göstərin.
Günün ikinci yarısında ailədə münaqişə, yaxınlarla mübahisə riski yaranır. Kobud davranaraq qarşıdurmaya səbəb olmayın. Düşünülmədən deyilən söz, emosional hərəkət ciddi qarşıdurma yarada bilər. Maliyyə məsələlərini təhlil etmək məsələhət deyil. Pulla bağlı dartışmalar uzun müddət davam edə bilər. Yaşam potensialının səviyyəsi yüksək deyil. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əkizlər - genişmiqyaslı layihəyə başlamaq və çoxdan bəri reallaşdırmaq istədiyiniz işi həyata keçirmək üçün əlverişli gündür. Mühüm planı təxirə salmayın. Liderlik məziyyətlərinizi səliqə ilə, məntiqlə nümayiş etdirin. İşdə konflikt, mübahisələr və dartışmaların real səbəbləri ilə yanaşı, illüzor, mənasız vəsilələri də var.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün münasibdir. Biznes və kommersiya əməliyyatlarında aktiv olun. Bank əməliyyatlarında diqqətli davranın.
Şəxsi münasibətlərdə harmoniya yaradın. Yaxınlarınız arasında bəziləri emosional davransalar, sərt danışmayın. Təxribatlara uymayın. Yeni tanışlıqlar istisna deyil. Yeni tanışlıqlardan biri az sonra ciddi əməkdaşlığa çevrilə bilər.
Xərçəng - yeni layihəyə və ya işə başlayarkən həddən artıq düşünüb-daşınmayın. İlk uğura tezliklə nail ola bilərsiniz. Gərəkli yardımı çox gözləməyəcəksiniz. Gəlirlər istisna deyil. Faydalı tanışlıqlara nail olmaq istəyirsinizsə, dəvət aldığınız tədbirə qatılın. Günün ikinci yarısında görüşdüyünüz insanın dediklərini qulaqardına vurmayın.
Nüfuzlu insanlarla münaqişə etməyin. Onların karyeranıza təsir imkanlarına malik olduqlarını unutmayın. Peşəkar fəaliyyət sahəsində diqqətli və sərvaxt olun. Xərclər təxminlədiyinizdən də artıq olacaq. Planlaşdırılan alış-verişdə gərəkli malları alın.
Şir - uğurlu və yaxşı gündür. Nəzərdə tutduğunuz işləri reallaşdıra biləcəksiniz. Çətinliklər yaranarsa, onları tezliklə dəf etməyə çalışın. Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq. Yeni tanışlıq istisna deyil.
Günün ikinci yarısında duyumunuz iti olmalıdır. Ən ağır, çətin situasiyalarda dürüst qərarı gecikdirməyin. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Potensialınızdan tam yararlanın. Axşam saatlarında əhvalınız pis olmayacaq. Ağır fiziki iş belə, sizdə ifrat yorğunluq, süstlük yaratmayacaq.
Qız - gün pis deyil. Müsbət təmayüllərin təsiri artır. İndiyədək mümkünsüz, irreal təsir bağışlayan niyyətinizi gerçəkləşdirə bilərsiniz. Məqsədə çatmaq üçün daha qətiyyətli və iradəli olmalısınız.
Fiziki iş üçün əlverişli zamandır. Yorğunluğu prakiki olaraq hiss etməyəcəksiniz. Ağır işlərə başlayanda bir qədər istirahət etməyi unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş ola bilər. Bunun səbəbi sözləriniz və əməlləriniz ola bilər. Səmimiyyət, qayğıkeşlik sizi ətrafınızdakı insanların nəzərində daha cazibədar edir. Yeni tanışlıqlar ehtimalı artır. Səfərə çıxırsınızsa, diqqətli olun. Mühüm əşyanı və ya sənədi unutmaq ehtimalı var.
Tərəzi - günün ilk yarısı əlverişlidir. Mühüm, ciddi işləri ləngitməyin. Karyeranızın inkişafına təsir edə biləcək insanlarla təmaslarda aktiv olun. Maraqlarınızın təminatı üçün gərəkli saydığınız addımları atın. Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artır. İşgüzar aktivliyinizi azaldaraq kölgəyə çəkilməyin.
Yaxınlarınızla münasibətlərinizin xırdalıqlara, narazılıqlara görə pozulmasına imkan verməyin. Həmişəkindən fərqli olaraq, indi sərtlikləri yumşaltmağa çalışmayın. Münaqişə yarada biləcək situasiyaların qarşısını almaq üçün bütün vasitələrdən istifadə edin.
Əqrəb - çətinliklər istisna deyil. Yaxın ətrafınızdakı insanların yaşanan olaylarla bağlı informasiyalarının yetərli olmamasından, onların məlumatsızlıqlarından yararlanmayın. Başqasının diqqətsizliyindən sui-istifadə etməyin.
Günün ikinci yarısı sənədləşdirmə, dövlət qurumlarında danışıqlar aparmaq, şikayət etmək üçün məsləhət deyil.
Romantik görüş, qeyri-formal ünsiyyət, özünüzlə bağlı xoş təəssürat yaratmaq istədiyiniz insanla təmaslar üçün əlverişli zamandır. Xoş sürprizlər, yaxşı bələd olmadığınız insandan diqqət izharları ola bilər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Gümrah və enerjili olun.
Oxatan - günün ilk yarısından etibarən müsbət təmayüllərin təsiri güclənir. Şansdan yararlanın, imkanlardan bəhrələnin. Peşəkar fəaliyyət sahəsində yeni uğurlara nail olmaq üçün daha aktiv çalışın.
Hadisələrin məcrasını qismən də olsa, təxminləməyə çalışın. Sizə bilavasitə dəxli olmayan məsələlərdə hiperaktivlik nümayiş etdirməyin. Ehtiyacı olan insana məsləhət verməyə xəsislik etməyin.
Günün ikinci yarısında vəziyyət pisləşəcək. İşdə durum qəlizləşəcək, evdə əsəblər tarıma çəkiləcək. Sevdiyiniz insanla münasibətlərinizdəki anlaşılmazlıqlar şübhələr yaradaraq qarşılıqlı etimada zərbə vura bilər. Problemləri dərhal həll edin, təmaslardakı harmoniyanı bərpa edin.
Oğlaq - iş üçün o qədər uğurlu gün olmasa da, ruhdan düşməyin və bədbinliyə qapılmayın. Kiçik kollektivdə, həmkarlarınızın arasında indiyədək dəfələrlə münaqişələr olmuş yerdə çalışırsınızsa, soyuqqanlı olun. Müstəqil işləmək məsləhətdir. Yardım təklif etsələr, deyilənləri qəribçiliyə salmayın.
Günün ikinci yarısında ağır işi yerinə yetirmək gərəkdirsə, etibarını və sədaqətini indiyədək sübut etmiş insanlardan birinə müraciət edə bilərsiniz. Biznesə pul yatırmağa dəyməz. Mühüm kommersiya layihəsini həyata keçirmək fikriniz varsa, qətiyyətli olun. İşgüzar intuisiya bu gün sizi yanılda bilər. Şəxsi münasibətlərə gəldikdə isə, sərvaxt davranın.
Dolça - gərgin, mürəkkəb gündür. Buna rəğmən, üstünlüklər və uğurlar da olacaq. Belə imkanlardan biri çoxdan bəri həllini tələb edən münaqişənin fəsadlarının aradan qaldırılmasıdır. Karyeranızın inkişafını ləngidən məqamları çözün və ya bilmərrə aradan qaldırın. Pulları sərfəli işə yatırmaq, sərfəli alış-veriş etmək olar.
Günün ikinci yarısında narahatlıq və ya nigaranlıq yarana bilər. Aldığınız məlumat sizi həyacanlandırmaqla yanaşı, təəccübləndirə də bilər. Şoka düşməyin. Yaşanan situasiyanı soyuqqanlı şəkildə təhlil edərək yeni fəaliyyət planı hazırlayın. İşlərin sərfəli məcrada olduğunu düşünərək süst davranmayın.
Balıqlar - müsbət təmayüllərin təsiri güclənir. Şəxsi münasibətlərdəki sərinlik və gərginlik aradan qalxacaq. Təmaslar xüsusi səylər olmadan inkişaf edəcək. Maliyyə probleminin qəfil, sürətli həlli mümkündür. Gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq