Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-08-2023 [00:10]
Qoç - işdə və ya peşəkar fəaliyyət sahəsində problemlər yarana bilər. Yanlış davranış ciddi çətinliklərə səbəb olmasın. Mövqelərinizi müdafiə edin, mənasız güzəştlərə getməyin. Amma kiçik və mənasız məsələlərə görə inadkarlıq etməyin. Əks təqdirdə həmkarlar, rəhbərlik və ya işgüzar tərəfdaşlarla münasibətləri korlaya bilərsiniz.
Günün ikinci yarısında fəndgir, hiyləgər olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağın yollarını arayın. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Fəqət nə istədiyinizi dəqiq və normal izah edin.
Buğa - əlverişli və yaxşı gündür. Səylə, inadla çalışın. Problemlərinizi özünüz həll edin. Qeyri-standart situasiya yarananda kimsəyə imkan verməyin ki, sizi yolunuzdan sapdırsın. Mühüm qərarlar qəbul etmək olar. İş yerini dəyişmək barədə düşünürsünüzsə, tələsik qərar verməyin. Yeni təkliflər pis deyil. Sizinlə sövdələşən insan yalan danışmır.
Günün ikinci yarısında ailədəki münasibətlərdə irəliləyişlər olacaq. Son vaxtlar sizi narahat edən problemləri vaxtında, təxirəsalınmaz şəkildə həll etməyə çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatları aktiv istirahət üçün əlverişlidir.
Əkizlər - təmaslarda diqqətli, ünsiyyətdə sərvaxt olun. Etibar etdiyiniz insanlardan biri sizi aldadaraq etimadınızdan sui-istifadəyə can atacaq. Yeni tanışlar sizdə xoş hisslər yaradır. Lakin onlardan hansı birinin diqqətə layiq olduğunu dəqiq təsbit etmək çətinlik yaratdığından ehtiyatlı davranın.
İş yerini və ya fəaliyyət sahəsini dəyişmək, mühüm işgüzar danışıqlar aparmaq məsləhət deyil.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla təmaslarda problem yaratmayın. Maliyyə fonu pis deyil. Alış-veriş etmək olar.
Xərçəng - bir qədər əvvəl başladığınız işləri başa vurun. Niyyətinizi reallaşdırmağa, məqsədə çatmağa çalışın. İntizamlı olun, plan çərçivəsində hərəkət edin. Vaxtınızı və səyinizi mənasız işlərə sərf etməyin. Belə olarsa, rəqiblərlə müqayisədə daha çox iş görmək, daha yaxşı gəlir əldə etmək imkanları var.
Nailiyyətləriniz diqqətdən yayınmayacaq. İşdə rəhbərlik sizi tərifləyəcək. Kommersiya fəaliyyəti ilə məşğul olursunuzsa, maraqlı təkliflər alacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Ailədəki böhranı həll etmək, şəxsi münasibətləri yeni səviyyəyə yüksəltmək olar.
Şir - günün ilk yarısında çətinliklər yarana bilər. Emosional fon əlverişli deyil. Yaşanan olaylara sərt, aqressiv reaksiya verməyin. İşdə həmkarlarla dil tapmaq asan deyil. Kimsənin xətrinə dəyməyin. İrad və tənqidlərin sayını azaldın.
Günün ikinci yarısı daha sakit, daha uğurludur. Diqqət və səy tələb edən işlərdə fəal olun. Yalnız özünüzü düşünərək sevdiyiniz insanı qayğılandıran məsələləri qulaqardına vurmayın.
Qız - işlərin əksəriyyəti gözləntilərinizdən də yaxşıdır. Xoş sürprizlər, qəfil gəlirlər istisna deyil. Şəxsi münasibətlər baxımından düşərli zamandır. Münasibətlərdəki sərinliyi aradan qaldırmaq üçün açıq söhbətə ehtiyac var. Sizi narahat edən, əndişələndirən məsələ barədə sevdiyiniz insanla danışa bilərsiniz.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində durum o qədər də yaxşı deyil. Diqqətli olun, kobud səhvlərə yol verməyin. Sizə yardım etməyə hazır, səhvlərdən qorumaq istəyən insan yanınızdadır. Onun məsləhətlərinə qulaq asın.
Tərəzi - maliyyə və pul məsələlərinə görə münaşişələr yarana bilər. Hətta cüzi məbləğ dostlar, həmkarlar və ya tanışlardan biri ilə mübahisəyə səbəb olmamalıdır. Borc vermək, planldaşdırılmamış alış-verişə çıxmaq məsləhət deyil. Mürəkkəb avadanlıq və texnika işə işləyəndə sayıq olun. Fiziki iş üçün əlverişli zamandır.
Günün ikinci yarısı zərərli vərdişlərdən birindən imtina üçün pis zaman deyil. Rasionunuza fikir verin. Sağlam qidalanın. İdmanla məşğul olmağı unutmayın. Romantik görüş sizi pərişan edə bilər.
Əqrəb - əlverişli zamandır. Başladığınız işlərdə uğur qazanacaqsınız. Yeni işlərə və ya layihələrə başlamaq olar. Qarışıq, mürəkkəb problemin həllində ziddiyyətli qərarlar verməyin. Yardımçı və müttəfiq tapa biləcəksiniz. İnvestorun imkanları ən cəsarətli planınızı reallaşdırmağa imkan verəcək. Günün ikinci yarısı sənədləşdirmə, hüquqi məsələlərin həlli üçün münasibdir. İmici yeniləmək, sağlamlıq prosedurları yolveriləndir. Orijinal qərarlarınız və qeyri-adi addımlarınız yaxın ətrafınızdakı insanları heyrətləndirəcək.
Axşam saatlarında istədiyiniz kimi əylənin, amma istirahəti də unutmayın.
Oxatan - işgüzar duyumunuz kəskin və iti olmalıdır. Bu gün anlaşma və sövdələşmələr gəlir vəd edir. Alış-verişdə ifrat simiclik etməyin. Peşəkar fəaliyyət sahəsi ilə yeni planlar yaranır. Öz biznesinizə başlaya bilərsiniz. Bu, düşündüyünüz qədər çətin deyil. İşdə rəhbərliklə münasibətləri korlamayın. Maaşın artırılması ilə bağlı müraciət yersiz deyil. Axşam saatlarında romantik görüş yaxşı təəssüratlar bəxş edəcək. Ailə üzvləri ilə təmaslar sizi sevindirəcək.
Oğlaq - işlər pis getmir. Lakin yaşananlar sizi qane etmir. Daha ciddi uğurlar əldə etmək, məqsədlərə daha tez çatmaq, yaxın ətrafınızdakı insanlardan üstün olmaq istəyirsiniz. Ehtiyatlı və sərvaxt davransanız, can atdığınız hədəfə çatacaqsınız. Nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli gün deyil. İşdə rəhbərlikdən uzaq olsanız, yaxşıdır. Təşəbbüsünüzün normal qarşılanacağına əmin olandan sonra innovasiya ilə çıxış etmək olar.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Amma səhhətinizdə ciddi problemlər yaranmayacaq. Orqanizminizi sınağa çəkməyin. Həkimlərin dediklərinə qulaq asın. Yaşlılarla söhbətdə diqqətli olun.
Dolça - günün ilk yarısı pis olmayacaq. Ən cəsarətli planlarınızdan birini reallaşdıra bilərsiniz. Yeni tanışlardan birinə, indiyədək birgə çalışmadığınız insana güvənə bilərsiniz.
Kiminlə çalışmağın gərəkdiyini intuisiyanız sizə aşkar deyəcək. Zərgərlik məmulatlarının alınması, incəsənət əsərlərinə pul yatırmaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Xüsusilə dəyər verdiyiniz insanı qayğılandıran məslələrdən hali olun. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Başağrısı, yuxusuzluq riski var.
Balıqlar - tələskənliyə yol verməyin, düşünülmüş addımlar atın. Qətiyyətli və sürətli olsanız, ciddi uğurlara nail ola bilərsiniz. Düşünüb-daşınmaq üçün vaxtınız azdır. Əslində, buna lüzum da yoxdur. Planlarınızda müəyyənləşməyə nail olun, konkretləşdirmələrə başlayın. Yalnız bundan sonra bəlli istiqamətdə fəaliyyətə başlayın. Günün ikinci yarısında əhəmiyyətli gəlirlər edə bilərsiniz.
Köhnə tanışlarla yanaşı, yeni tanış olduğunuz insanlarla dil tapmağı bacarın. Yeni dostlar və ya müttəfiqlərlə əməkdaşlıqda süst davranmayın. Axşam saatları yaşlı qohumlarla görüş üçün əlverişli zamandır. Onlar sizi görməyə şaddırlar.
Milli.Az
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq