“Qarabağ” – “Rakuv” oyununun hakimi bəlli oldu

img

20-07-2023 [16:52]


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.

Məlumata görə, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.

Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq