"Fənərbağça" Moskva klubuna 11 milyon avro ödəyəcək - Polşalı futbolçuya görə

img

11-07-2023 [15:59]


"Fənərbağça" Sebastyan Şimanskinin transferi üçün Moskvanın "Dinamo" klubu ilə danışıqları müsbət sonuncla bitirmək üzrədir.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Arda Gülərdən boşalan mövqeni polşalı futbolçu ilə doldurmağı planlayan İstanbul klubu onunla  4 illik müqavilə imzalayacaq. 

Məlumata görə, "Fənərbaxça" onun transferi üüçn "Dinamo"ya 11 milyon avro ödəyəcək: "Futbolçunun özünə isə illik 4 milyon avro maaş veriləcək".

Xatırladaq ki, 24 yaşlı Sebastyan Şimanski ötən mövsüm icarə əsasında çıxış etdiyi "Feyenoord"da 40 oyuna çıxıb. Polşalı ulduz bu matçlarda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR