Volkan Dəmirəl "Hall Siti" ilə oyundan sonra danışdı: "Əsas və yeganə məqsədim hataylıları sevindirməkdir..."

img

10-07-2023 [09:22]


"Atakaş Hatayspor" İngiltərə çempionatında çıxış edən "Hall Siti" ilə yoldaşlıq görüşü keçiriib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fevralın 6-dan baş verən dəhşətli zəlzələdən sonra liqadan şəkilən komanda "Hall Siti" ilə yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə edib. 

Matçdan sonra açıqlama verən baş məşqçi Volkan Dəmirəl aylar sonra meydançaya ayaq basmağın ayrı bir hiss olduğunu deyib.

Bildirib ki, bu oyunun bütün gəlirlər zəlzələdən zərərçəkənlərə bağışlanacaq: "Zəlzələdən 5 ay 3 gün sonra dik duran bir Hatayspor var. Futbol böyük bir təşkilatdır. Bizim yeganə məqsədimiz zəlzələdən zərər çəkən şəhərimizin sakinlərinə ümid və işıq saçmaq, onları ayağa qaldırmaqdır. Bəli, əsas və yeganə məqsədim hataylıları sevindirməkdir...".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR