SOCAR maliyyə hesabatı verdi
25-06-2023 [16:55]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə cari aktivləri 39,6 % artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5 % yüksələrək 80,84 milyard manata çatıb.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings” (CIS) B.V. tərəfindən şirkətin maliyyə hesabatına verilən rəydə deyilir.
"Qlobal iqtisadi aktivliyin zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq SOCAR ötən ili yüksək nəticələrlə başa vurmağa nail olub.
"Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha rentabelli idarə edilməsi, innovativ və beynəlxalq təcrübələrin tətbiqi, habelə həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri xüsusi yer tutub", - məlumatda deyilir.
Şirkətin ümumi dövriyyəsi 2021-ci illə müqayisədə 53,8 % artaraq 119,23 milyard manata yüksəlib. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Bu xüsusda, SOCAR gəlir marjasını 11,4 %-dən 12,3 %-ə, xalis mənfəətini isə 346 % artıraraq 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq, 60,6 % və 25,9 % artıb. Ən böyük artım isə 151 % ilə təbii qazın satışında qeydə alınıb.
Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, “Petkim” və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə STAR NEZ-də istehsal potensialından istifadə əmsalı 113 %-ə yüksəlib, “Petkim”in ümumi dövriyyəsi isə 70,3 % artıb.
Bununla yanaşı, “SOCAR Karbamid” zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2 % və 75,9 % yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5 % artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6 % artaraq 12,49 milyard manata yüksəlib.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub