Dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə qəbul edildi

img

23-06-2023 [15:20]


Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə I oxunuşda qəbul edilib.

Mia.az xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR