Türkiyə tarixində bir illk - Ərdoğan dünyada məşhur olan qadını Mərkəzi Bankın sədri təyin etdi
09-06-2023 [08:59]
Prezident Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın sədri vəzifəsinə Hafize Qaye Erkan təyin edilib.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bununla da Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq qadın Mərkəzi Bankın sədri olub.
Məlumata görə, Mehmet Şimşək xəzinə və maliyyə naziri olduqdan sonra Mərkəzi Bankın rəhbərliyində dəyişiklik gözlənilirdi. Türkiyə mətbuatı yazırdı ki, yeni nazir ABŞ-da yaşaayan və orada bank sektorunda tanınan Hafize Gaye Erkan Mərkəzi Banka gətirmək üçün bütün imkanlarını işə salıb. Və nəhayət, o, iqtisadi blokda ilk təyinatına nail olub.
Məlumatda o da deyilir ki, keçmiş sədr Şahap Kavcıoğlu Bankın Tənzimləmə və Nəzarət Şurasının sədri vəzifəsinə təyin edilib.
HAFİZE QAYE ERKAN KİMDİR?
1982-ci ildə İstanbulda anadan olan Hafize Qaye Erkan İstanbul kişilər Liseyini bitirdikdən sonra 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-da davam etdirən Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.
Karyerasına 2005-ci ildə Goldman Sachs-da başlayan Erkan, 9 il müddətində ABŞ-ın böyük banklarının və sığorta şirkətlərinin idarə heyətinə və yüksək səviyyəli idarə heyətinə balansın idarə edilməsi, stress testi və kapitalın planlaşdırılması, risklərin idarə edilməsi, birləşmə və satınalmalar üzrə məsləhət xidmətləri göstərmişdir.
2014-cü ildə First Republic Bank-da fəaliyyətə başlayan Hafize Qaye Erkan orada çalışdığı 8 il ərzində icraçı direktor, sədr, idarə heyətinin üzvü, investisiya direktoru, depozit direktoru və risk üzrə ortaq direktor vəzifələrində çalışıb.
Baş ofisi ABŞ-da yerləşən zərgərlik şirkəti Tiffany & Co-da 2 il idarə heyətinin üzvü olan Hafize Qaye Erkan 2022-ci ildə Fortune 500-də qlobal maliyyə məsləhətçiliyi şirkəti olan "Marsh McLennan"ın idarə heyətinə üzv seçilib.
Hafize Gaye Erkan 2019-cu ildə Crain-in "Bankçılıq və Maliyyə Sektorunda Əhəmiyyətli Qadınlar" və Amerikalı Bankirin "İzləniləcək Qadınlar siyahısı"na daxil edilib. Bankçılıq, investisiya, risklərin idarə edilməsi, texnologiya və rəqəmsal innovasiya sahəsində təcrübəyə malik olan Erkan, Princeton Universitetinin Əməliyyat Tədqiqatları və Maliyyə Mühəndisliyi Departamentinin Məsləhət Şurasında da çalışıb.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub