Messidən sonra daha bir dünya ulduzu PSJ-dən ayrıldı

img

05-06-2023 [09:31]


Fransanın PSJ komandasında Messidən sonra daha bir ayrılıq yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, komandanın təcrübəli müdafiəçi Serxio Ramos mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

O bildirib ki, son 2 ildə PSJ formasını geyinmək böyük təcrübə olub: "Parisdə unudulmaz macəra yaşadım. Hər kəsə dəstək və sevgi üçün təşəkkür edirəm".

Xatırladaq ki, ispaniyalı ulduz Serxio Ramos bu mövsüm PSJ-nin heyətində 44 rəsmi oyuna çıxıb. 37 yaşlı müdafiəçi bu yarışlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR