NAZİRİN GİZLİ PLANI: Rəşad Nəbiyev kimi aldadır, yaxud məqsədi nədir? - "İndi də “Azərtaksi” yaratmaq istəyirlər"
31-05-2023 [18:47]
Son vaxtlar Azərbaycanda, xüsusilə, paytaxt Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin fəaliyyəti müzakirə olunur.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də APA-ya müsahibəsində bu məsələyə toxunaraq, taksi fəliyyətində gözlənilən islahatlarla bağlı danışıb.
O, taksi xidmətləri sahəsində çatışmazlıqların mövcudluğunu bildirib: “Heç kəsə sirr deyil ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur. Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə nazirlik məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirdi.

Bu araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşdıq. Belə ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır”.
Nazir müsahibəsində taksilərin sayının çox olduğunu, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlərin də problemin böyüməsində mühüm rol oynadığını deyib:
“Araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb”.
Nazir bu sahədə islahatın və planın hazırlandığını qeyd edib.
Lakin islahatlar nəticəsində taksilərinin sayının azalması, səbəbdən yaranacaq bahalaşma, bu rəqabət mühitinin olmaması, taksi xidməti sahəsində çalışan insanların işsiz qalması məsələsi də müzakirə olunur. azırda ucuz qiymətlə mənzil başına çatan insanlara bu islahatlar nə qazandıracaq? İslahatlarda qiymət və işsizlik nəzərə alınacaqmı?
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, dövlətin bu sahəyə müdaxiləsi qiymətin artmasına gətirib çıxarır:

“Azsaylı rəqabətli sahə olan taksi xidmətinə dövlətin bu dərəcədə müdaxilə etməsi doğru deyil. İstər-istəməz dövlət müdaxiləsi ona gətirib çıxarır ki, qiymət artır, keyfiyyət zəifləyir və vətəndaşlar daha da narazı olurlar. İndi taksi xidmətləri çoxdur, seçim imkanı var.
Vətəndaş A şirkətindən narazıdırsa, B şirkətindən sifariş edəcək, B şirkətindən narazı olduqda C şirkətindən sifariş edəcək. Buna onsuz da rəqabətli mühit qərar verəcək və verir. Dövlətin müdaxiləsi nəyə lazımdır?!”
Ekspert hesab edir ki, dövlət bu sahədə yalnız lisenziya və vergi məsələsinə nəzarət edə bilər:
![]()
NATİQ CƏFƏRLİ
“Dövlət burada iki məsələni tənzimləyə bilər, yəni lisenziyaların verilməsinə və vergilərin ödənilməsinə nəzarət edə bilər. Vətəndaşlar taksi xidmətlərindən şikayət edirsə, başqa taksi xidmətlərinə yönələcəklər. Əksinə, taksilərin sayının artmasına imkan yaratmaq lazımdır.
Amma belə görününr ki, uzun müddətdir bu rəqabətli mühitə görə qiymətləri ucuz olan taksi xidmətləri kimlərisə narahat edir. Mən inanmıram ki, vətəndaşlar narazı olsun. Son 6-7 ildə qiyməti ucuzlaşan yeganə sahə taksi xidmətidir. Məsələn, neçə il öncə hava limanına 20-25 manata gedirdimsə, bir neçə gün öncə 8 manata getmişəm. Yəni qiymətin ucuzlaşmasının şahidi olmuşuq”.
O, taksi fəaliyyəti ilə məşğul olan insanların dövlətdən asılı olmayaraq özünü dolandırdığını, dövlətin bu sahəyə müdaxiləsi nəticəsində işsizliyin yaranacağını vurğulayıb:

“Mən bu israrı anlamıram. Nəyə görə dövlət və hökumət orqanları bu sahədə hansısa təmərküzləşmənin və mərkəzləşdirmənin olmasında maraqlıdırlar? Əksinə, vətəndaşa xeyirdir, iş yerləri açılıb, vətəndaş dövlətə ayrıca yük olmadan özü-özünü dolandırır. İndi işsizlik artsa, yenidən sosial müavinət üçün müraciətlərin sayı artacaq. Bu da dövlətə xeyir deyil.
Vətəndaş da məmnundur ki, ucuz taksi xidmətindən istifadə edir. Avtobuslarda sərnişinlərin sayının azalması dövləti niyə narahat etməlidir?! Deməli, taksi xidməti daha yaxşı fəaliyyət göstərir, daha ucuzdur deyə vətəndaşlar daha çox taksi xidmətindən istifadə etməyə yönəlir. Bundan narahat olmaqdansa, əksinə, ictimai nəqliyyatı daha da keyfiyyətli, daha da yaxşı vəziyyətə gətirməlidirlər ki, vətəndaşlar ictimai nəqliyyata önəm versinlər.
Mən dövlətin hansısa formada təmərküzləşmə və inhisarçılıq meyillərinin yaradılması ilə bağlı atılacaq addımları anlamıram və bunu doğru saymıram. Yenə deyirəm iki məsələ var- lisenziya və vergi. Lisenziyasını alırsa, vergisini ödəyirsə, istənilən şəxsin, istənilən şirkətin taksi xidməti ilə məşğul olmağa icazəsi, imkanı olmalıdır. Bu da rəqabətli mühiti daha da gücləndirəcək faktora çevirməlidir”.
Natiq Cəfərli tıxacların yaranmasında taksilərin rolunun çox olması fikrini absurd hesab edib:
“Tıxacların yaranmasında taksilərinin rolunun olması fikri də absurddur. Bakı şəhərində 1 milyon avtomobil var. Onun da 45 mini taksi olsun, yerdə qalan 950 min nədir? Onda belə çıxır ki, dövlət bir müddətdən sonra avtomobil sahiblərinə də müdaxilə edə biləcək ki, küçələrə çıxmayın.
Elə şey olar?! Dövlətin işi budur ki, tıxacları tənzimləsin, alternativ yollar çəksin, yol infrastrukturunu yaxşılaşdırsın, ictimai nəqliyyatı əlçatan eləsin, insanlar da ictimai nəqliyyata önəm versinlər. Dövlət hər şeyi öz əlinə almağa çalışdıqca problem yaranır. Azərbaycan hökumətinin nədənsə “Azərxalça”, “Azərcorab” kimi bir şeylər yaratmağa xoşu gəlir, indi də “Azərtaksi” yaratmaq istəyirlər”.
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub