Bakıda daha bir emal müəssisəsinin fəaliyyəti dayandırılıb
23-05-2023 [14:51]
Nöqsanlar aşkarlanan bitki yağlarının emalı müəssisəsinin fəaliyyəti dayandırılıb.
Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirilir ki, tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən və fiziki şəxs Vüqar Maqsud oğlu Novruzova məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, qida üçün nəzərdə tutulan “Medoil” və “Kavvamli” əmtəə nişanlı yağ məhsullarının emal tarixindən asılı olmayaraq, karton qablaşdırmanın, həmçinin kokos, çaytikanı, badam və qarazirə yağlarının üzərinə yapışdırılmış stikerlərdə eyni istehsal tarixinin və son istifadə müddətinin yazıldığı aşkarlanıb. Eləcə də, müəssisədə emal edilən qida yağlarının satışı zamanı istehlakçıların aldadıldığı, bəzi məhsulların dərman vasitəsi və bioloji aktiv qida məhsulları kimi alıcılara təqdim edildiyi məlum olub. Qida obyektində emal edilən müxtəlif yağların üzərindəki stikerlərdə istehsalçı kimi fiziki şəxs “Vüqar Maqsud oğlu Novruzov” deyil, “Kavvamli şirkəti” yazıldığı, müəssisədə məhsullara dair türk qida kodeksi olmadığı halda, “Medoil” əmtəə nişanlı yağların karton qablaşması üzərində və içlik vərəqəsində “Türk Gıda Kodeksinə uyqun üretilmişdir” məlumatının qeyd olunduğu, “Medoil” əmtəə nişanlı çörəkotu yağının karton qablaşması üzərində məhsula dair Azərbaycan dilində məlumatların əksini tapmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçilərin soyunub-geyinmələri üçün sahənin təşkil edilmədiyi müəyyənləşib. Qida obyektində məhsullara dair texnoloji təlimatın və resepturanın da mövcud olmadığı aşkar edilib. Yoxlama zamanı bəzi sənədlər isə müfəttişlərə təqdim olunmayıb.
Aşkarlanan nöqsanlarla əlaqədar protokol tərtib edilib. Həmçinin müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanan bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı həyata keçirilən bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, laborator müayinələrin aparılması məqsədilə bitki yağlarından nümunələr götürülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub