Naxçıvanda maaşlar niyə azalır? - "Belə çıxır ki, köhnələr bir cür qanunsuzluq edirdi, yenilər başqa..."
22-05-2023 [12:32]
"Naxçıvandakı bir çox müəssisə və şirkətlərdə çalışan işçilərə maaşdan əlavə verilən “paket” kəsilib. Nəticədə onların aylıq gəlirləri 30-40 faiz azalıb".
Mia.az xəbər verir ki, bu barədə Feysbuk-dakı "Gündəlik Naxçıvan" səhifəsində məlumat verilib.
“Gündəlik Naxçıvan”a maaşı kəsilən işçilərin verdiyi məlumata görə, vergidən yayınmaq üçün müəssisə və şirkətlər onların qanuni maaşının bir hissəsini indiyə kimi "paket" şəklində verirmiş. Son yoxlamalar zamanı maxinasiyalar üzə çıxıb və bu səbəbdən əlavə pullar kəsilib. Lakin, kəsilən „paket“lər onların qanunla aldıqları normal maaşlara əlavə olunmayıb.
Uzun müddətdir “Badamlı Mineral Sular” MMC-də işləyən Y. Camalov deyir ki, son dəyişiklikdən sonra maaşı 250 manat azalıb:
“İşə qəbul olununda 650 manat maaşa razılaşmışdıq. Dedilər ki, 400 manat qanuni veriləcək, 250 də paket şəklində, başqa cür mümkün deyil. Razılaşdım, çünki bütün müəssisələrdə bu tələb var idi. Hakimiyyət dəyişdikdən bir müddət sonra qanunsuz olduğu üçün 250 manatı kəsdilər. Axı, burada bizim günahımız nədir, biz nə edə bilərdik? Dövlər öz əllərində idi, bu qanunsuzluğu edirdilər. İndi burada rəhbərlik dəyişib, qanuni hala salıblar, qoy bizim maaşlar da tam olaraq qanuni şəkildə ödənsin. Belə çıxır ki, köhnələr bir cür qanunsuzluq edirdi, yenilər başqa. Köhnələrin qanunsuzluğundan biz fəhlələr ziyan çəkmirdik. Yeni qanun bizim aylıq çörəkpulumuzu əlimizdən alıb“.
Başqa bir şirkətdə fəhlə işləyən Qurban Əliyev isə deyir ki, „paket“ oyununa görə aylıq gəliri 121 manat azaldılıb:
“450 manat maaş alırdım. Rəsmi qaydada işçi kartıma 329 manat köçürülürdü_ 121 manat isə nəqd şəkildə, yəni, paket halında verilirdi. Hazırda bir neçə aydır ki, paketləri kəsib, vermirlər. Şikayət edəndə də deyirlər ki, xoşun gəlmir işdən çıx. Ərzaq məhsullarının qiyməti durmadan artır. Bizim maaşlar isə qalxmaq yerinə azlıb. Şikayətimizə baxan yoxdur, nə edəcəyimizi bilmirik”.
Samir
MİA.AZ
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı