“Azəriqaz”ın sayğac oyunu: niyə tez-tez dəyişdirilir?
08-05-2023 [15:22]
“Bu günlərdə “Azəriqaz” İB smart tipli sayğacların ağıllı sayğaclarla əvəzlənəcəyi barədə bəh-bəhlə məlumat yaydı. Və qürurla bütün xərclərin “Azəriqaz” tərəfindən qarşılanacağını bildirdi. Şəxsən mənim evimdə son 5-6 ildə təxminən 2-3 dəfə sayğac dəyişib”.
Mia.az xəbər verir ki, bu fikirləri sosial media hesabında tanınmış jurnalist Azər Cabbarov yazıb.
O bildirib ki, bu zaman vətəndaşdan hər hansı bir ödəniş alınmaması müsbət haldır, amma bu fantastik məbləğlər vaxtaşırı dövlətə yüklənirsə, bunun nəyi yaxşıdır:
"Ümumiyyətlə, bu iri dövlət qurumları niyə işini elə qurmur ki, hər 3-5 ildən bir sayğaclar və ya bunabənzər avadanlıqlar kütləvi halda dəyişdirilməsin? Axı dövlətin adı ilə xərclədiyiniz vəsait biz vətəndaşların vergiləri və başqa ödəmələri hesabına formalaşır? Sualım daha yaxşı anlaşılsın deyə, loru dildə belə səsləndirim:
Əziz dövlət qurumları, dövlətimizin pullarını niyə və hansı haqla havaya sovurursunuz? Bu işləri elə görmək olmazmı, hər 3-5 ildən bir sayğac dəyişdirmək, yeni avadanlıq qurmaq, təmir-quraşdırma və ya bunlara bənzər min cür bəhanələrlə xalqın pulunu dağıtmayasınız? Mən Bakının “Sovetski” adlanan yerində yaşayırdım. 10 il əvvəl artıq oraların söküləcəyini az qala məhəllənin pişikləri də bilirdi. Təsəvvür edirsinizmi, camaat əşyalarını topladığı, köçməyə hazırlaşdığı günlərdə orada küçələrə tələm-tələsik işıq dirəkləri basdırdılar! Söküləcək əraziyə! İndi də “Azəriqaz” smart tipli sayğacların ağıllı sayğaclara dəyişdiriləcəyini bəyan edir. Əzizlərim, 3 ildən sonra da daha super ağıllı sayğaclarla qapımıza gələcəyinizi gözləyəkmi? Nədənsə ziyanla çalışan iri dövlət qurumlarının belə irimiqyaslı “əməliyyatları” əhalidə haqlı şübhələr doğurur. Bu sayğaclara xərclənəcək vəsaitin miqdarı, işçilik qiyməti, tender şərtləri və şəffaflığını təmin edəcək məlumatları da belə əliaçıqlıqla sağa-sola paylaşacaqsınızmı? Bəlkə xərclənəcək bu vəsaiti vətəndaşlara satılan mavi yanacağın qiymətinin aşağı salınmasına, yaxud limitin ləğv edilməsinə sərf edəsiniz? Deyəsən, bu, sizə sərf etmir? Hesablama Palatasının son məlumatında dövlət qurumlarında aparılmış bütün auditlər zamanı maliyyə pozuntularının aşkarlandığı bildirilib. Sabah növbəti auditlər zamanı sizin /də adınızın o siyahıda olmayacağına zəmanət verirsinizmi?”, – deyə jurnalist bildirib/Konket.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub