Çip istehsalı: dünya güclərinin Tayvan uğrunda ölüm-dirim savaşı -Professor yazır
05-05-2023 [11:04]
Saleh Məmmədov,
Professor
***
Bu məqalə böyük lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunur. Dünyada və xüsusilə keçmiş Sovet ərazisində bütün dünya elmi-texnoloji inqilabının həyata keçirilməsində böyük rolu olan, bununla bərabər, Azərbaycanda ilk çip istehsalını quran lider o olub.
Çip bazarında dünya lideri Tayvanda çip istehsalı 1987-ci ildə qurulmuşdusa, Bakıda OZON çip və yarımkeçiricilər elmi-istehsalat birliyi Heydər Əliyevin böyük səyi, dönməz fəaliyyəti nəticəsində 1973-cü ildə qurulub. Onun bu əməyi sayəsində 1969-cu ildə cəmi bir elmi-istehsalat birliyi vardısa, 1980-ci ildə belə nəhəng elm birliklərinin sayı 70-dəfə artırılıb, elm və inkişaf xərcləri (Resarch&Development) 130 milyon dollardan 520 milyon dollara (hazırda yenidən 110 milyon dollara endirilib-red.), elmi işçilərin sayı 19 mindən 22 minə çatdırılıb, yaradıcı bir cəmiyyətin təməli qurulub. Hazırda təəssüf ki, bütün bu göstəricilər bir neçə dəfə azaldılıb, sənaye, xüsusilə ağır sənaye, elm sənayesi sıfırlanıb və təmiz istehlakçı bir cəmiyyət qurulub. Azərbaycan xalqının Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfəsi, mənim fikirimcə, Azərbaycanda çip istehsalının bərpası, OZON zavodunun yenidən qurulması olardı. Məqalənin əsas mahiyyəti bu müasir problemə həsr olunub.
Çip nədir?
Mikroprosessorun, operativ yaddaşın və daimi yaddaşın, nəzarətçinin və digər cihazların komponentlərini özündə birləşdirən miniatür inteqral sxem olan çip (ingiliscə chip - parça, hissəcik) elektronika sənayesinin əsas elementlərindən biridir. Elektron sənayesində çipin əsas funksiyalarını sadalayırıq:
İnformasiyanın emalı – Çiplər kompüterlərdə, mobil cihazlarda, avtomobil sistemlərində və digər elektron cihazlarda hesablama və məntiq əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunur.
Məlumatların saxlanması - yaddaş çipləri məlumatları daimi və ya operativ formada saxlamaq üçün istifadə olunur.
Sensorların və aktuatorların idarə edilməsi - çiplər sensorlar, mühərriklər, aktuatorlar və başqaları kimi müxtəlif elektromexaniki cihazları idarə etmək üçün istifadə olunur.
Rabitə - Çiplər müxtəlif qurğular, o cümlədən mobil qurğular və şəbəkələr arasında simsiz rabitəni təmin etmək üçün istifadə olunur.
Kriptoqrafiya – çiplər elektron ticarət və rəqəmsal bank sektorunda məlumatların və təhlükəsiz əməliyyatların qorunması üçün istifadə olunur.
Performansın artırılması - çiplər cihazların işini yaxşılaşdırmaq, məlumatların işlənməsini sürətləndirmək və elektron sistemlərin keyfiyyətini artırmaq üçün istifadə olunur.
Planetimizdə klassik dünyanın virtuallaşması, rəqəmsallaşmanın dərinləşməsi ilə əlaqədar yeni elmlərə, yeni məhsullara, yeni fikir və düşüncələrə və yeni mütəxəssislərə ehtiyac sürətlə artır. 2023-cü il rəqəmsal bazarda rəqabət mübarizəsi həddən artıq gərginləşib:
- Bu il çip və yarımkeçiricilər istehsalı, bu məhsullara tələb və həm də bazar uğrunda mübarizə ən yüksək – pik həddə çatıb. 2022-ci ildə dünya çip və yarımkeçiricilər bazarının həcmi 600 milyard dolları ötüb. Məsələ burasındadır ki, rəqəmsal texnologiyalar həm texnoloji avadanlıq və həm də onun proqram təminatı ilə birgə çalışa bilir. Birinin digərindən ayrı fəaliyyəti mümkün deyil. Birgə fəaliyyət isə çip, yarımkeçiricilər və mikrosxemlərsiz təşkil oluna bilməz. 4-cü sənaye inqilabı mexaniki sənayenin rəqəmsala keçirilməsini nəzərdə turur. Hesablamalar göstərir ki, yaxın bir neçə ildə bu məhsullara tələbat artımı ildə 15-20 faizdən aşağı düşməyəcək və yaxın gələcəkdə bir neçə trilyon dollara çatacaq.
- Dünyada çip istehsalının genişləndirilməsi üzrə lider ölkələr arasında amansız mübarizə gedir. Bu sahəyə Çin 1,4 trilyon dollar, ABŞ genişləndirməyə 52 milyard, Avropa, Cənubi Koreya, Tayvan, Türkiyə ciddi genişlənməyə böyük miqdarda sərmayə yatırmağı planlaşdırır.
- Dünya çip istehsalının təqribən 60 faizi, yeni nəsil çip bazarının isə 90 faizi Tayvanın payına düşür. Tayvanda üstünlük üçün ölkə qrupları arasında gərgin mübarizə nə neft, nə qaz, nə digər resurslar üçündür, məhz 4-cü sənaye inqilabının əsas məhsulu - çiplər üzərində gedən mübarizədir.
Bu il eyni zamanda dünya çapında ilk çip istehsalçılarından biri olan OZON çip zavodunun qurulmasından 50 il, dağılmasından isə 25 il keçir. Azərbaycan Heydər Əliyevin liderliyi ilə olduqca mürəkkəb bir dövrdə bu zavodun Bakıda salınmasına nail olub və bununla, Azərbaycan elminin inkişafında qısa müddət ərzində böyük inqilabi dəyişiklik edib. Bu zavoddan əlavə, o, 10 il ərzində (1970-1980) təmiz elmi-texniki tərəqqi elementləri olan 69 yeni elmi istehsalat birliyi qurub. Təəssüf ki, o elm və istehsal ocaqlarından cəmi ikisi və ya üçü qalır. Çip istehsalı isə bugünkü bazar üçün neft, qaz, hətta qızıl istehsalından qat-qat üstündür. Həm siyasi, həm texnoloji, həm də iqtisadi cəhətdən bunun əhəmiyyəti heç bir ölçüyə sığmır. Çip istehsalının bərpası bu gün yalnız pul qazanmaq üçün deyil, həm də bu elmi-texnoloji inqilabın əsasını təşkil edir, təhsilin mükəmməl sisteminin qurulması üçün çox vacibdir. Yola çıxdığımız vasitələr mütərəqqi dünya, xüsusilə də Qərb ölkələrilə müqayisədə at arabası ilə kosmik raket sürəti qədər fərqlidir(Musavat.com).
Mia.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub