YALAN DÜNYA (III yazı)
01-05-2023 [14:14]
Qalib ARİF
***
Bəli, hazırda dünyada o qədər əfsanələr və həqiqətə bənzər yalanlar dolaşır ki, arada sərhəd itir, həqiqətin harda qurtarıb, yalanın, şayiənin harda başlandığını bilmək olmur. Əfsanələr haqqında I və II yazıda (bax: aşağıda) məlumat vermişdik. İndi isə, həqiqətə bənzər yalanlar haqqında...
Məsələn, Dünya əhalisinin, az qala üçdən biri siqaret çəkir, bunun da üçdən biri yaxşı siqaret çəkir. Hazırda bu hardasa gündə 1-2 milyard, ildə 500 milyard qutu siqaret deməkdir. Alimlər hesablayıblar ki, əgər Yer kürəsinin bütün münbit torpaqlarında tütün əkilsəydi belə, bu qədər siqaret istehsal etmək olmazdı. Deməli, dünyada istehsal edilən siqaretlərin, ən azı yarısı tütündən yox, başqa bir zaddan hazırlanır. Molla demiş, bu pişikdirsə, ət hanı, ətdirsə, pişik hanı?!
Eyni sözləri dünya əhalisinin, az qala yarısının içdiyi şərab və pivə haqqında da demək olar. Əgər Yer kürəsinin bütün münbit torpaqlarında üzüm və arpa əkilsəydi, yenə bu qədər şərab və pivə istehsal etmək olmazdı. Belə çıxır ki, dünya əhalisinin içdiyi şərabın da, pivənin də, çəkdiyi siqaret kimi, yarısı təbii yolla əldə edilmir, adi (yəni zərərli) kimyavi maddələrdir. Xahiş edirəm, siqaret çəkənlər də, şərab, pivə içənlər də bunu nəzərə alsınlar. Mərhum Leonid Brejnev demişkən, adam siqaret çəkməz, çaxır içməz, içəndə də təmiz araq içər...
Nəhayət tamaşaçıları (pardon, oxucuları) intizarda qoymayım, keçim doğma Vətənimizə. Siqaret və şərab haqqında dediklərim təbii ki, bizim Azərbaycana da aiddir. Amma diqqəti kölgədə qalan məsələlərə yönəltmək istəyirəm. Gənclik illərimdə Gədəbəydə bir neçə il işləmişəm, rayonun təbiətinə yaxından bələdəm. Gədəbəydə 5-6 kiçik dağ çayı axır, bütün sularını yığsaq, heç gəlib Gəncəyə çatmaz. Amma Bakıda hara baxırsan, “Slavyanka” suyu görürsən. Eyni sözləri “Damla” (Qazax) və “Şahdağ” (Quba) suları haqqında da demək olar. Və günün sualı yaranır: BU SULAR HARDAN QABLANIR?!
Daha bariz bir misal. Hamı bilir ki, İsmayıllı rayonunda yerli malakanların yaşadığı “İvanovka” kolxozu var və bu kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir. Bakının mərkəzində, Nizami küçəsində bu kolxozun samballı bir mağazası da vardı, əsasən də süd məhsulları satardı. Artıq 5 ildən çoxdur ki, “İvanovka” kolxozu bankrot olub, həmin mağazanı da satıb. Amma Bakıda hansı böyük marketə girirsən, “İsmayıllı”, “İvanovka” brendli süd məhsullarını görürsən. Günün sualı yenə yaranır: BU MƏHSULLAR HARDAN QABLANIR?!
Dostlar, sizi yormaq istəmirəm, sadəcə demək istəyirəm ki, Dünya yaman Dünyadı, hər addımda yalan Dünyadı...
MİA.AZ
Prezident İlham Əliyev Thonqlun Sisulitə məktub göndərib - Mətn
Azərbaycan nefti bahalaşdı
Bakıda “Kalaşnikov” satmaq istəyən yevlaxlı tutuldu - FOTOLAR
BMT: "Qəzza xalqı ölüm, dağıntı və xəstəlik çəmbərində yaşayır" - "Ümidlər puça çıxdı"
AVRO-2024-də püşkatma: bu gün Türkiyənin rəqibləri müəyyənləşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 3 jurnalist həlak olub
Ərdoğan sammitdə: "Qəzzada baş verənlər müharibə cinayətidir"
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur” - VİDEO/FOTOLAR
BAKIDA SABİQ BANK RƏHBƏRİ HƏBS OLUNDU - Məhkəmə zalında
“Kənd Evi” İctimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
Lavrov "vəziyyət çox ciddidir" dedi və..." - "Blinken və Borel buradan qaçdı, onlar qorxaqdır, ancaq mən buradayam!"
Qarabağ zonasında daha 7143 hektar ərazi minadan təmizlənib
Rusiya Müdafiə naziri: "Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min texnika itirib"
Naxçıvanda 11 məktəbə direktor təyin olunub - "25 vakant yer üçün 55 namizəd iştirak edib"
Əli Əsədov nazirliklərə tapşırıq verdi - Sərəncam
"Qalatasaray"ın keçmiş futbolçusu hər yerə arvadı ilə getdiyini dedi və... -"Onu nə döydüm, nə hədələdim..."
Elektron Təhlükəsizlik Xidməti ABŞ-ın “Fortinet” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Sahibə Qafarova Çexiyaya gedib
Rəsmi Moskva: "ABŞ mərkəzli dünyanın sonu yaxınlaşır" - "Dünya iqtisadiyyatı tək ABŞ deyil..."
Ceyhun Bayramov daha bir nazirlə müzakirə aparıb - Açıqlama
KASIBÇILIĞIN ÜZÜ QARA OLSUN...
İnfarkt keçirən basketbolçu aktiv idmana dönür - Açıqlama
Quterreş: "Qəzzada əməliyyatların başlamasına təəssüflənirəm"
Yalçın Hüseynovun cinayət işi məhkəməyə göndərilib
MMC rəhbərinə KTN-də vəzifə verilib
BMT rəsmisi: "Yer üzündəki cəhənnəm Qəzzaya döndü"
TƏBİB: "Ölkədə qızılcaya yoluxma sayında artım müşahidə olunur"
Məşhur model lüt şəklini yaydı - FOTOLAR
Jurnalist Nərgiz Absalamova həbs edildi - Səbəb (Yenilənib)
“Digital.Azerbaijan” brendi təqdim olunub
Suriyada daha 2 terrorçu zərərsizləşdirilib
Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib
Əlliyə yaxın şəxsi aldadan şəxs saxlanılıb
Tərtər rayonunda xeyli sayda sursat aşkarlanıb - FOTOLAR
"Azercell Telecom" BMT-nin Qlobal Sazişinə qoşulub
Türk aktrisa Səudiyyədəki tədbirə belə geyimdə qatıldı - FOTO