Bakı, Sumqayıt və Abşeronda içməli su ilə bağlı nəzarət qrupları yaradıldı - Əhaliyə xəbərdarlıq
28-04-2023 [16:55]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə yeni Tədbirlər Planı təsdiq edib.
Mia.az xəbər veri ki, Planın operativ və keyfiyyətli icrası, içməli su təchizatı sisteminə qanunsuz, nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə “Azərsu” ASC Fəaliyyət Planı təsdiq edib.
Plana uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlərin su təchizatı sistemlərinə qanunsuz qoşulmalarının müəyyən edilməsi, qeydiyyata alınması, sayğacla təmin olunması istiqamətində tədbirlərin görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub:
"Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.
Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.
Bundan sonra içməli su təchizatı sistemlərinə özbaşına qoşulma, sudan qanunsuz və nəzarətdənkənar istifadə hallarına qarşı tələblər daha da sərtləşdiriləcək. Belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dərhal sərt tədbirlər görüləcək, suyun xeyli miqdarda talanması halları üzrə birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda bu hallara şərait yaradan məsul şəxslər barəsində ciddi tədbirlər görüləcək.
İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısının alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub