Sahib Ələkbərov: "Dövlət büdcəsinə vergi daxilolmaları artıb"
25-04-2023 [13:02]
Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 % və ya 2,1 milyard manat çoxdur.
Mia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
S. Ələkbərov bildirib ki, Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər:
"Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və cari ilin aprel ayının 1-nə 1 milyon 755,8 minə çatıb. Qeyri-neft/qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min təşkil edib.
Muzdlu işçi sayının və əmək haqqı fondunun "ağarması" sayəsində təkcə cari ilin I rübündə məcburi dövlət sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 % və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb".
Nazir müavini qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda 720 mindən çoxdur:
"Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərində əhəmiyyətli hissəsi əsasən aqrar və sənaye sektorlarında çalışan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il biznes subyektlərinə verilən 146 milyon manata yaxın kreditin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin 69,7 %-i regionlarda fəaliyyət göstərir".
S. Ələkbərov deyib ki, sənayeləşmənin əsas drayverlərindən olan sənaye zonalarının yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və inklüziv iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən səmərəli dövlət dəstəyi tədbirlərindəndir:
"Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 %, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 % olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir və sənaye zonalarında 10 100-dən çox daimi iş yerləri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2 milyard 674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2 milyard 711 milyon manat, ixrac 1 milyard 039 milyon manat olub".
Nazir müavini əlavə edib ki, Azərbaycanda 240 min hektar ərazini əhatə edən olan 51 aqroparkın inkişafı üzrə işlər davam etdirilir: "Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4 600-dan çox insan daimi işlə təmin edilib, 5 200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilir. Gələcəkdə bu rəgəmlər daha da artacaq. Aqroparklarda hər hektardan məhsuldarlıq ölkə üzrə analoji sahələrdəkindən orta hesabla 2 dəfə çoxdur"(Report).
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı