Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri görüşüb - Müzakirə (Yenilənib)
12-04-2023 [14:40]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
MİA.AZ XİN-ə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Buyar Osmani arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Geniştərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub.
Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib.
İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda, ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında geniştərkibli görüş başa çatıb.
Mia.az xəbər verir ki, hazırda tərəflər birgə mətbuat konfransı keçirirlər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
Mia.az xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.
Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə çağırış edib - Şagirdlər məktəblərdə yoxlanılır (Yenilənib)
Rusiyalı KVN-şiklər nazirlə telefonda məzələndi, o, fərq etmədən elə sirlər açdı ki... - "Putin Afrika və dünyanı əsir almaq istəyir"
Aparat rəhbəri məhkəmədə geri çəkildi
"Azərbaycanda vəziyyət sabitdir, bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil" - İlham Əliyev
AFFA bəzi klubları cəzalandırıb
Azərbaycanın daha 4 elementi UNESCO-nun siyahısına daxil edilib
PA rəhbəri britaniyalı nazirlə görüşdü - Müzakirə (FOTOLAR)
Putin ərəb ölkələrinə səfər edib - Rusiya lideri ölkə liderləri ilə müzakirə aparacaq
Ərdoğandan İsrailə türklərlə bağlı xəbərdarlıq: "Əgər buna cəhd olarsa, bədəlini bellərini qaldıra bilməyəcək ən ağır şəkildə ödəyərlər"
"Ermənistanın hazırda iki variant var, ya dərhal..." - Prezident Naxçıvanla bağlı mühüm mesaj verdi
Məşhur futbolçu ilə arvadı yolda döyüldü - FOTOLAR
İran Fars körfəzində 2 nəhəng tankeri saxladı - Açıqlama
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "...bu, təkcə Qafqazla bağlı deyil" - "Onların bəziləri özünü manyak kimi aparır" (Canlı yayım) - YENİLƏNİB
Kamilə Babayeva İTV-dən uzaqlaşdırılıb? - Açıqlama
Həbsdən buraxılan sabiq icra başçısı vəfat etdi
Daha bir qanunu pozanları cərimələr gözləyir - 2000 manatadək
Sabah yağış yağacaq
Yunan jurnalist Ərdoğana belə sual verdi: "Bir gecə ölkəmizə qəfil hücum edə bilərsiniz?" - "Miçotakisə deyəcəyəm ki, dostum, sən..."
ŞAHİN BAĞIROV SƏFƏR MEHDİYEVİN QOHUMLARINI VƏZİFƏDƏN ÇIXARIR - Gömrükdə daha br dəyişiklik
Qəzzada daha bir İsrail əsgəri həlak olub, yaralılar var - Açıqlama
İlham Əliyev Boreli tənqid etdi: "Ola bilər yuxular görür, hətta ermənilərin özləri etiraf edirlər ki..."
Türkiyə ordusunun generalı Bakıya gəlib - MN-də görüş olub (FOTO)
Dövlətə məxsus daha 17 maşın satıldı - Bu qiymətlərə
ELM və TƏHSİL NAZİRLİYİNDƏ 696 MİLYONLUQ YOXLAMA: 102 milyonu kimlər "itirib"? - Geri ödənişi ilə bağlı rəsmi qərar verildi
İlham Əliyev: "Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik"
Şəhid atasının istəyi qış gəlmədən həll edildi – VİDEO
Bakıda sığnacaqda 40 uşaq qızılcaya yoluxub: "Əksəriyyəti də 5 yaşadək olan körpələrdir" (YENİLƏNİB)
İlham Əliyev Finlandiya prezidentinə məktub göndərib
Ukrayna Rusiyanın qırıcısını vurub: "Bu gecə daha 41 PUA-sını məhv etdik" - Zelenskidən açıqlama
İsrail ordusu 250 yerə hava zərbələri endirib - Son 24 saat ərzində
"Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik" - İlham Əliyev
Nizami Kino Mərkəzinin rəhbərliyi direktora pul "atıb": "Onların yerinə mən utandım, inanın Allaha"
İmtahanlara "müdaxilə" edən 4 nəfər saxlanılıb - Türkiyədə
“Qara bazar"da dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitə məhv edilib - Həbslər var
Sosial şəbəkəni şantaj və qanunsuz reklam bazarına çevirənlər... - Azərbaycanda da onlara qarşı əməliyyat başlaya bilər?
Qəzza zolağına bomba yağdırır, xeyli ölən və yaralı var - 35 səhiyyə işçisi isə saxlanılıb
Alman vətəndaşlığı üçün sensasiyalı şərt qoyuldu: "Yaz ki, İsrail dövlətini dəstəkləyirəm"
Türkiyə prezidenti Yunanıstana gedir
Zərdabda qəza: ölən və yaralanan var
Türkiyədə daha 81 qanunsuz miqrant saxlanılıb
İspaniyanın baş naziri: "Fələstin dövlətinin tanınması istiqamətindəki fəaliyyətimiz davam edir"
Netanyahu ilə israilli girovların ailələri arasında mübahisə yaranıb - "Hazırda hər kəsi evə gətirmək mümkün deyil”
“Onu bu sektora mən gətirdim" deyən biznesmen qadın "ilişdi" - Mal-mülkü üzərinə həbs qoyuldu
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR