Məşhur iqtisadçı Türkiyədə dolların məzənnəsinin iki dəfə qalxacağını deyir

img

03-04-2023 [11:53]


Türkiyədə dollarla bağlı təxminləri ilə hər kəsin diqqətini çəkən məşhur iqtisadçı Selçuk Geçer daha bir proqnoz verib. 

Mia.az xəbər verir ki, sosial şəbəkədəki hesabında paylaşım edən Selçuk Geçer əvvəlcə 2012-dən üzü bəri ölkədə minimum əmək haqqının dollarla ekveivalentinə diqqəti çəkərək, acı reallığın statistiikasını açqlayıb.

 

O, daha sonra şərh bölümündə olan sual yağışına belə cavab verib: "Əgər ABŞ-da birdən-birə çox yüksək inflyasiya olarsa, məsələn, orta 8,5-9% diapazonunda - o zaman aşağı ehtimalla da olsa, yenidən yüksələn dollar indeksi görə bilərik. Lakin görünən odur ki, hazırda bunun əksi baş verir. Dollar indeksi bu günə 0,225 artımla başlayıb. Hesab edirəm, ABŞ inflyasiyanın qarşısını qısmən də olsa cilovlayıb. Ancaq önümüzdəki aylarda - təxminən 3-4 ay sonra bu proses dəyişəcək, dollar yenidən ABŞ-da dəyər itərəcək, lakin bu, Türkiyədə isə dolları ucuzlaşdırmayacaq, əskinə 35 tl səviyyəsinə qədər gətirəcək".

Xatırladaq ki, Türkiyədə hazırda bir dollar dollar 19.76 səviyyəsindədir.

Samir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR