“Elvin 060” MMC-nin Gürcüstandan gətirdiyi kartofda zərərvericilər aşkarlanıb

img

31-03-2023 [13:11]


Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, Agentlik əməkdaşları Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR