İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb

img

28-03-2023 [16:34]


İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR