Ərdoğan, yoxsa Kılıçdaroğlu qalib gələcək? - Siyasi şərhçi variantları təhlil edib
28-03-2023 [01:19]
Xəbər verildiyi kimi, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində 4 namizəd - Ərdoğan, Kılıçdaroğlu, Məhərərm İncə və Sinan Oğan yarışacaq.
Mia.az-ın məlumatına görə, bu və ya digər məqamlarla bağlı siyasi şərhçi Şahin Cəfərli bildirib ki, mayın 14-nə qədər mövcud güc balansını hakimiyyət lehinə kəskin dəyişdirəcək hansısa ciddi bir fors-major olmasa, prezident Ərdoğanın ilk turda qələbə şansı görünmür:
"İlk turda qələbə şansı olan yeganə namizəd Kamal Kılıçdaroğludur. Lakin digər iki namizəd – Muharrem İncə və Sinan Oğan yaxşı kampaniya aparıb, yüksələn trendə nail olsalar, seçki 2-ci tura qalacaq. Bugünkü tabloda görünən odur ki, 2-cu turda ikili bir yarışda Kılıçdaroğlu rahat qazanır".
ŞAHİN CƏFƏRLİ
Politoloqun sözlərinə görə, əgər parlament seçkilərində Ərdoğanın lideri olduğu Cumhur İttifaqı mövcud çoxluğu qoruyarsa, prezident seçkilərinin 2-ci turu ərəfəsində həm müxalif seçicilərin demoralizasiyası, həm də bir çox seçicinin “parlament Cumhur İttifaqının nəzarətindədirsə, prezidentin də bu ittifaqdan olması sabitlik baxımından məqsədəuyğundur, əks halda ölkədə xaos yaranar” deyə düşünməsi səbəbi ilə Ərdoğan qalib gələ bilər: "Digər tərəfdən, seçki 2-ci tura qalarsa, iki həftəlik dövrdə çox şey baş verə bilər: istər-istəməz 2015-ci ildə iki seçki arasında baş verən şübhəli terror aktları yada düşür. Bu baxımdan Millət İttifaqı gücünün və imkanlarının maksimumunu ortaya qoyub, prezident seçkilərinin ilk turunda nəticə əldə etmək məcburiyyətindədir. Amma parlament seçkilərində müxalifət qalib gələrsə və Cumhur İttifaqı azlığa düşərsə, bu halda 2-ci tur ərəfəsində nə baş verirsə versin, Kılıçdaroğlu yarışın açıq favoriti olacaq".
Şahin Cəfərli deyir ki, bugünkü mənzərəyə əsasən qənaəti budur ki, parlament seçkilərində iki ana ittifaqın da parlamentdə çoxluğa (azı 301 yer) nail olması çox çətindir.: "Təbii ki, seçkiyə qədər vəziyyət dəyişə bilər. Bu halda Yaşıl Sol Partiyanın (HDP) yaratdığı Əmək və Azadlıq İttifaqı açar güc halına gələrək, həm parlament rəhbərliyinin formalaşdırılması, həm də qanunların qəbulunda Türkiyə siyasətində söz sahibi olacaq".
Zülfiyyə
MİA.AZ
Rusiyanın itkiləri artır - MN açıqladı
Məşhur müğənnidən 5 dil bilən yeni nazirə mesaj: "Sizi yaxından izləyəcəyik" - FOTO
Ölü maral ətini yeyən çılpaq qadınlar... - Onlar kimdir? (FOTOLAR)
Messidən sonra daha bir dünya ulduzu PSJ-dən ayrıldı
"Kuruluş Osman"ın "Alçiçek Hatun"unun qohumları Ukraynada həlak olub
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verdi: "Bu ölkənin hələ də tarixdən dərs çıxarmayıb"
CAVİD QURBANOVUN KADRLARI YOLA SALINIR - Rövşən Rüstəmov bu şəxsləri müavin təyin edəcək? (FOTO)
Mirça Luçesku Türkiyə komandasının başına keçəcək?
"MKE Ankaragücü" tarixi qələbə qazanıb
Ərdoğan Sinan Oğana vəzifə vermədi: nə baş verir? - Prezidentliyə sabiq namizəddən açıqlama
3 qol, bir qırmızı kart... - “Qalatasaray” “Fənərbağça”nı 9 ildən sonra evində devirdi
Pakistanın Baş naziri Ərdoğana nə hədiyyə edib? - "Onun yarısı qardaşımın, yarısı da baxımındır" (VİDEO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Qalatasaray” - “Fənərbaxça” derbisində dava düşüb
I ixtisas qrupu üzrə test tapşırıqları: imtahanın düzgün cavablarını buradan öyrənə bilərsiniz!
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfər dəvət edib
Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - 5 nəfər imtahanı buraxılmayıb(YENILƏNIB)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov Güləri təbrik etdi: "...atılan addımlara böyük töhfələr verəcəksiniz"
Zakir Həsənov Hulusi Akara məktub göndərdi: "Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz"
Saatlıda qətl: 18 yaşlı gənc 45 yaşlı kişini evində öldürdü
Professor Mədəd Çobanov vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Akar, Soylu, Çavuşoğlu, Soylu getdi, Hakan Fidan, Yaşar Gülər gəldi - Ərdoğanın yeni komandası bəlli oldu (TAM SİYAHI / FOTOLAR) - Yenilənib
Bəylər Əyyubovla bir sırada əyləşən Paşinyan Əliyevlə Ərdoğanın səmimi görüşünü alqışladı - FOTOLAR
Azərbaycan Kuboku: “Qəbələ” tarixi qələbə qazandı
Ərdoğan and içdi, səlahiyyətinin icrasına başladı: Prezident Əliyev və birinci xanım mərasimdə - VİDEO / FOTOLAR (Yenilənib)
Şəmkirdə dəhşətli hadisə: qızını bıçaqlayan ata özünü öldürdü
Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları artırılıb
Prezident İlham Əliyev daha bir sazişi təsdiqlədi
Türkiyə Kosovaya hərbçilər göndərir
Sabahın hava proqnozu açıqlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR