Ramazan ətri - Əfzələddin Rəhimli YAZIR
25-03-2023 [16:10]
Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru
***
Ramazan ayı öz rəhməti, bərəkəti bizə üz gətirmişdir. Hədislərimizdə qeyd olunduğu kimi bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır. Qurani-kərim bu ayda nazil olmuşdur. Min aydan daha üstün olan saysız-hesabsız ilahi bərəkətlərlə dolu olan mübarək qədr gecəsi bu aydadır. Ramazan, əməllərin Allah-taalanın dərgahında ən asan və dəfələrlə yüksək şəkildə qəbul edildiyi aydır. Bu ayda insan yuxuda olduğu zaman belə onun üçün savablar yazılır. Aldığı hər nəfəsə də mükafat nəzərdə tutulur. (Səvabul-Əmal, səh. 75, hədis. 1)
Yaxşı, bəs, bu ayı başqa aylardan nə fərqləndirir ki, bu qədər dəyərə malik olur? Günlər, aylar sadəcə zaman bölgüsü deyilmi? Bu zaman bölgüsünü belə əzəmətli edən nədir?
Ramazanı dəyərli edən Allahın bu ayda insana islah və kamilləşmək üçün verdiyi fürsətdir. Allah bəndəsi üçün bir aylıq mənəvi inkişaf proqramı hazırlayıb.
Bəs, inkişaf proqramı nədən ibarətdir? Sadəcə oruc tutmaqdan, ac-susuz qalmaqdanmı?
Sözsüz ki, oruc tutmaq Allah-taala tərəfindən buna qadir olan insanlara vacib edilmiş bir əməldir. Buna riayət etmək hər bir müsəlmanın Uca Yaradan qarşısındakı borcudur. Amma diqqət etmək lazımdır ki, dinimizin buyuruqlarının, xüsusilə də, vacib edilmiş əməllərin özünəməxsus hikməti və hədəfi vardır. Belə ki, əməllərin fiziki cəhətdən icra edilməsinin əsl hədəfi, onun mənəvi baxımdan olan faydaları ilə sıx bağlıdır. Sözsüz ki, fiziki cəhətdən qüsursuz yerinə gətirilən əməllər, mənəvi baxımdan qüsurlu və yoxsul olsa, əslində öz hədəfinə tam çatmamışdır. Buna görə də, əməllərin zahiri baxımdan kamilliyinə əhəmiyyət verməklə yanaşı, onların mənəvi kamilliyinə də xüsusi diqqət etmək zəruridir. Ələlxüsus, Ramazan ayında oruc tutduğumuz zaman, bu məsələyə diqqət etmək ibadətlərimizin kamilliyi, Allah dərgahında qüsursuz qəbul olması və ən əsası da mənəvi kamilliyimiz üçün zəruridir. Bu qısa məqalədə Ramazan ayında oruc tutmağın bir neçə fəlsəfə və faydalarına işarə edirik:
1. Nəfsin şəhvani istəklərini cilovlamaq
İlk növbədə insan bilməlidir ki, o bu ayda mənəvi inkişafı üçün ciddi və hərtərəfli bir proqrama başlayır. Sankı bir bitkinin toxumunu əkərək il boyu onun bəhrəsindən faydalanacaqdır. Bu elə bir proqram, elə bir mənəvi təlim kursudur ki, ilin hansı günlərində baş verəcəyi dəqiq bilinməyən qədr gecəsində mələklər və paklaşmış mənəvi ruh insanın qəlbində yer alacaqdır. Quran bütünlüklə onun ruhuna enəcək və həyatı ilahiləşəcəkdir.
Bunun üçün isə insan öz şəhvani-nəfsani istəklərini cilovlamalıdır. Belə ki, Qurani-kərim bu məsələyə işarə edərək, orucun təqvaya (Allah qorxusuna) səbəb olduğunu vurğulayır: "Ey mönimlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqkı ümmətlərə də vacib olmuşdu. Bəlkə, (orucun vasitəsi ilə) təqvalı olasınız." (Bəqərə surəsi, 183-cü ayə)
Ramazan ayında insan ilk növbədə öz düşüncə tərzini dəyişməlidir. Dünyaya mənəvi zənginliklərlə baxmalıdır. İnsanlara qarşı təfəkküründə kin, nifrət, həsəd, pazıllıq, bədgümanlıq, hiylə, sitnə-fəsad olmamalıdır. Allaha xatir həqiqi oruc tutan şəxs, orucunu batil edən əməllərdən uzaq qalmaqla yanaşı, pis, xoşagəlməz əməllərə arxa çevirməli, qəlbini və əməllərini palaşdırmalıdır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönləndirməlidir. Bu, həqiqi oruc tutmağa xas əlamətdir. Orucun vasitəsi ilə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək, ruhunu hürriyyətə qovuşdurur. İmam Rza (ə) buyurur: "Oruc tutmaq, şəhvət və ehtiras alovunu söndürər." ("İləlüş-şəraye", f. 103, s. 379)
Əgər belə olmazsa, deməli, oruc tutan şəxs onu öz məqsədinə çatdırmamışdır. Tutulan oruc da, öz fəlsəfə və faydasını itirmişdir. Mötəbər dini mənbələrimizin birində oxuyuruq: "Əbu Dərda rəvayət edir: Bir gün Allahın elçisinə (s) dedim: Filan qadın gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olur. Amma insanlarla davranışı və rəftarı pisdir. Qonşularını da acılayır.
Peyğəmbər (s) buyurdu: "Onda heç bir xeyir görmürəm və cəhənnəm əhlidir"." (Bəharül-ənvar: c. 71, s. 394)
Deməli oruc tutmaq sadəcə ac-susuz qalmaq deyildir, insanın möhkəm iradə ilə mənəviyyatını zənginləşdirməsidir. Necə ki. Xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?” (Dəaimul-İslam, c.1, səh. 268)
Ramazan ayı ruhun inkişaf ayıdır. Davamlı olaraq irəliləmək və mənəvi uğur əldə etmək ayıdır. Bu haqda Həzrət Sadiq (ə) buyurmuşdur: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.” (əl-Kafi, c.4, səh. 87, hədis1)
Bir sözlə, oruc tutan şəxsdən Ramazanın mənəvi qoxusu, Ramazan ətri gəlməlidir.
2. İnsani hissləri oyatmaq
Oruc tutmaq mənəvi-insani hissləri dirçəldərək, inkişafına səbəb olur. Uca Allahın razılığını əldə etmək istəyən və Tanrı dərgahında orucunun ən ali şəkildə qəbul olması üçün çalışan insan, gözəl-bəyənilmiş işlərə əl atır. Çünki oruc tutmaq, insanı düşünməyə və təfəkkürə vadar edir. Ramazan ayında oruc tutmağın fəlsəfələrindən biri də, insanı təfəkkürə sövq edib, ülvi hisslərini oyatmaqdır. Belə ki, bu ayda orucun vacib olma səbəblərində biri də, insanların aclıq və ehtiyacın nə olduğunu anlaması üçündür. Zəngin və varlı insanlar bir ay müddətində yoxsul insanların ehtiyaclarını, üzləşdiyi çətinlikləri daha yaxşı dərk etməlidirlər. Necə ki, Həzrət Rza (ə) buyurur: "Orucun insanlara vacib edilməsinin hikməti, aclıq və susuzluğun nə olduğunu dərk etmələri xatirinədir." ("Vəsail", f. 1, s. 31)
Ramazan ayında irqindən, millətindən, cinsindən və maddi rifahının hansı həddə olmasından asılı olmayaraq, hər kəsə orucun vacib edilməsi, Tanrı dərgahında onların arasında bu fərqlərə görə ayrı-seçkiliyin olmamasını bir daha vurğulamaq üçündür. Onlara əsl dəyərin insani hisslərdə olamsını anlatmaq məqsədi daşıyır. Həzrət Sadiq (ə) bu haqda buyurur: "Allah-taala Ramazan ayında oruc tutmağı insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun." ("İləlüş-şəraye", f. 108, s. 378)
3. İnsanlara bağışlanmaları üçün fürsət vermək
Şübhəsiz, rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib edilməsi, bu mübarək ay müddətində insanlara günahlarını bağışlatmaları üçün verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi (qüdrətinin azaldıldığı), saleh əməllərin düşünüldüyündən dəfələrlə üstün dəyərləndirildiyi və hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir möminin qurtuluş ayı ola bilər. Unutmaq lazım deyil ki, bu ayda, şeytanı həbs edən məhz insanların pak əmlləridir. Çünki, dəyərli Peyğəmbərimizin (s) buyurduğu kimi; "(Həqiqi) oruc tutmaq, şeytanın üzünü qara edər." ("Vəsail", f. 1, h. 2.)
Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər. Fiziki cəhətdən oruc tutub, mənəvi cəhətdən qəlbən və yaxud, əməldə yanlış addımlar atan şəxslər deyil. Belə ki, əziz Peyğəmbərimiz (s) hədislərin birində səhabəsi Cabirə buyurudu: "Hər kəs oruc tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, dilini, ehtirasını günah işlərdən qoruya, bu aydan (Ramazandan) çıxdığı kimi, bütün günahların girdabından da, bağışlanmış halda çıxar."
Bunu eşidən Cabir, sevinərək deyir: Necə də gözəl hədisdir?!
Peyğəmbər (s) buyurur: "Ey Cabir! De ki, necə də, çətin şərtlərdir. Çünki, nə çox gecə namazı qılan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır. Nə çox oruc tutan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız aclıq və susuzluqdur. Bilin, hər kəs, Ramazan ayını oruc tuta, bu ayda haramdan və böhtandan uzaq ola, Allah-təala ondan razı olar və behişti ona vacib bilər. ("Vəsail", c. 93, s. 346.)
4. Mənəvi təskinlik əldə etmək
Oruc tutmağın fəlsəfəsi və faydalarından biri də, ilahi rəhməti ilə dolu olan bu ayda, qəlbimizə mənəvi təskinliyi hakim etməkdir. Oruc tutub, gözəl əməllər yerinə yetirən insan, həm Allah-təala və həm də, onun bəndələri qarşısındakı vəzifələrini icra etdiyi üçün mənəvi-ruhi aramlıq əldə edir. Bu mənəvi ləzzət o qədər güclüdür ki, maddi ləzzətlər onunla müqayisə edilməkdə acizdir. Həzrət Əli (ə) buyurur: "Oruc insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür." ("Vəsail", c. 3, s. 43.)
Doğurdan da, qəlblər yalnız ilahi zikri ilə və ondan qaynaqlanan pak əməllərlə rahatlıq tapar. Qurani-kərimin buyurduğu kimi; "Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar!" (Rəd surəsi, 28-ci ayə.)
5. Sağlamlığı qorumaq
Düzgün şəkildə oruc tutmağın faydalarından biri də, bədənin sağlamlığını qorumaqdır. İslamın göstərişlərinə və tibbi məsləhətləri də nəzərdə almaqla oruc tutmaq, insan sağlamlığına böyük təsirə malikdir. Hətta bir sıra xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində, bəzi alimlər oruc tutmağı məsləhət görmüşdür. Bəzən oruc tutan şəxslər, bir sıra narahatlıqların orucdan qaynaqlandığını iddia etsələr də, bu həqiqəti özündə əks etdirmir. Məqalə boyu işarə etdildiyi kimi, unutmayaq ki, oruc tutmaq nəfsimizi və ruhumuzu cilovlamağı bizə öyrədir. Təbii ki, nəfsini cilovlayan şəxs, orucunu açdığı zaman, nəfsinin cilovunu tam azad edib, aclığını doyurmaq üçün kontrolsuz şəkildə qidalanmamalıdır. Belə ki, bəzi problemlər də, məhz bu yöndə meydana gəlir. Unutmayaq ki, gün ərzində nümayiş etdirdiyimiz mənəvi və fiziki dözüm, gün başa çatdıqdan sonra ifrat şəklində özünü əks istiqamətdə büruzə verməməlidir. Dinimiz hər bir işin mötədil olmasını dəfələrlə vurğulamışdır. Elə buna görə də, Peyğəmbərimiz (s) buyurur: "Oruc tutun ki, (mənən və cismən) sağlam olasınız!" (Camei-əhadiş", c. 10, səh. 294.)
Allah orucunuzu qəbul etsin. Amin!
MİA.AZ
Finlandiya Baş naziri: "Biz sualtı kabel xətlərinə şübhəli müdaxilələrə qəti şəkildə cavab verəcəyik"
Qəzzada beş tibb işçisi həlak olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətirilib (Yenilənib)
QƏZADA HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ VƏ XƏSARƏT ALANLARA KOMPENSASİYA VERİLƏCƏK - Məbləğ açıqlandı
Qara dənizə neft axıb - Rusiya fövqəladə vəziyyət elan edib
Sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib
Əli Əsədov sertifikatlaşdırma qaydasına dəyişiklik edib - Qərar
“Palmali Holding”də həlak olanların xatirəsi yad edilib
Azər Zahid və "tiktokerlər" haqda qərar verildi - SİYAHI (YENİLƏNİB)
Bakıya yağış, rayonlara qar yağacaq - Bu tarixlərdə
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə + VİDEO
FHN: "Qəzada həlak olan 10 nəfərin meyiti müəyyən edilib"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QRNOZNIYA UÇAN TƏYYARƏNİ RUSİYA VURUB - "Pantsir-S" HHM-lə
Cenk Tosun: ""Fənərbağça"dan ayrılamaq niyyətində deyiləm"
Meyxanaçı Balaəlinin sürücülük hüququ geri alınacaq?
İstanbul boğazı bağlanıb - Rusiyaya gedən gəmiyə görə
BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib
Şahbaz Şərif İlham Əliyevə məktub göndərib - MƏTN
Gürcüstan XİN başçısı Ceyun Bayramova zəng edib - Müzakirə
QƏZADA HƏLAK OLANLARIN ADLARI AÇIQLANDI - Siyahı
Şavkat Mirziyoyev Azərbaycan prezidentinə zəng edib
İran prezidenti İlham Əliyevə zəng edib
Ərdoğanı təhqir edən şəxs sərbəst buraxılan kimi yenə eyni paylaşımı təkrarladı - Yenidən həbs olundu
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb