Rusiya XİN: "Ukrayna taxılı ilə bağlı razılaşmanın uzadılmasına qarşı deyilik, ancaq..."

img

14-03-2023 [00:21]


Rusiya Ukrayna taxılının daşınması barədə razılaşmanın uzadılmasına qarşı deyil.

Mia.az-ın məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin bildirib.

Onun sözlərinə görə, Moskva Ukraynanın Qara dəniz limanlarından təhlükəsiz taxıl ixracına imkan verən sazişin uzadılmasına etiraz etmir: "Ancaq Rusiya bu dəfə 120 gün deyil, 60 gün uzadılmasına razılıq verəcək. Biz bu barədə Cenevrədə BMT rəsmiləri ilə görüşdə onlara açıq dedik".

***

Son məlumata görə, tərəflər 60 günlük sazişə razılaşıblar.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR