Mərkəzi Bankı qalmaqallı "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib

img

13-03-2023 [17:36]


Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib.

Mia.az Mərkəzi Bnaka istinadla xəbər verir ki, bununla da ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.

Xatırladaq ki, “İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir. 

Onu da qeyd edək ki, bu şirətin adı bir neçə qalmaqalda hallanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR