"Azərsu” ASC-dən qiymət artımı ilə bağlı açıqlama: "Tarif Şurasına müraciət etməmişik"

img

13-03-2023 [10:58]


"Azərsu” ASC içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət etməyib və belə bir müraciət nəzərdə tutulmur.

Mia.az xəbər verir ki, bu barədə ASC açıqlama yayıb.

Açıqlamada deyilir:  "Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Şuranın 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir".

Xatrladaq ki, bundan əvvəl, daha dəqiqi, martın 10-da "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında deyib ki, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır: "Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".

E.Məmmədov bildirib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.

Lamiyə,

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR