Ərabakanın oğlu Ərdoğandan "arvadların döyülməsi"nə icazə tələb edir: "Şərtlərimiz qəbul olunub" - Kılıçdaroğlundan sərt etiraz (Yenilənib)
13-03-2023 [10:14]
Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın lideri olduğu "Yenidən Refah Partiiyası mayın 14-də keçiriləcək prezident seçkisində Cumhur İttifaqının namizədi, prezident Ərdoğanı dəstəkləyəcəyini rəsmən bəyan edib.
Mia.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Doğan Aydal "Haberturk" TV-də açıqlama verib.
Doğan Aydal "Habertürk" bildirib ki, AK Partiyanın lider olduğu ittifaqa rəsmən qoşulmaları da mümkündür. Və o, bu zaman partiyalarının səs faizini qabartmaqla, AKP-dən sonra həmin ittifaqda hətta MHP-dən də böyük səsə sahib olduqlarının mesajını verib: "Son zamanlarda keçrilən 4 sorğu anketində Türkiyədə 8, İstanbulda isə seçicilərin 9 faiz səsinə sahibik...".
Yenidən Refah Partisiyasının AK Partiyaya Ərdoğanın prezidentliyə namizədliyinin dəstəklənməsi üçün irəli sürdüyü 30 şərtin hamısının qəbul edildiyini də sözlərinə əlavə edən Aydal bildirib ki, AK Partiyanın qəbul etmədiyi bir tələbləri belə qalmayıb: "Bütün tələblərimizi oxundu və "heç bir problem yox" deyildi".
Maraqlı budur ki, Ərbakanın oğlu Fatih Ərabakanın Ərdoğandna tələbləri sırasında əsas diqqət çəkənlər aşağıdakılardır:
- LGBT dərnəklərinin qapadılması
- Müddətsiz alimentin ortadan qaldırılması
- Əxlaq və mənəviyyatlı təhsil sistemi
-6284 saylı qanunun ləğvi (Qadın haqları və qadına qarşı zor tətbiqinə görə cəza)
Qeyd edək ki, bir neçə gün əvvəl AK Partiyanın sədr müavini Binəli Yıldırım Yenidən Rifah Partiyasına gələrək Fatih Ərbakandan açıq dəstək istəyib: "İnanıram ki, mayın 14-də seçkidə birgə addmlayacağıq".
Bu arada Yenidən Rifah Partiyasının qadınların hüquqlarını qoruyan 6284 qanunun ləğvi barədə açıqlamasına CHP sədri və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu çox sərt təpki verib.
O, sosial media hesabında yazıb ki, əsla bunun ləğvinə imkan verməyəcəklər: "Buradan mühafizəkar gənc qadınlara səslənirəm. Biz basqıçı olan hər şeydeə arındıq, demokratikləşdik. Onlar ən basqıçı olanı yanlarına çəkdilər. Qadına şiddətin önlənməsi qanununa (6284) savaş açanı ittifaq ortağı etdilər. Qazanım və azadlıqların yox edilməsinə izn verməyəcəyik. Bu, bütün qadınların ortaq məsələsidir".
Qeyd edək ki, AKP-nin bəzi yetkliləri 6284 saylı qanunun ləğvi barədə tələbin qəbul edilmədiyini deyirlər. Hələlik isə bu barədə rəsmi açıqlama verilməyib.
***
Az əvvəl Ailə və Sosial Xidmətlər naziri Derya Yanık 6284 saylı "Ailənin Mühafizəsi və Qadınlara Qarşı Zorakılığın Qarşısının Alınması haqqında" Qanunun ləğvinin qətiyyən mümkün olmadığını açıqlayıb. O, bildirib ki, qadınlara qarşı zorakılıqla mübarizə üçün bu qanun əsas "silahdır".
Samir MUSAYEV
MİA.AZ
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...