"Dag hara, bal hara?" - QHT sədri xoş təsadüfdən özünə yeni məşğuliyyət tapıb
09-03-2023 [20:43]
"Günlərin bir günü dostum mənə bir arı ailəsi bagışladı. Gülməyim tutdu. Mən hara, arı hara? Başqa çarə yox idi, götürüb gətirdim evə. İşim-gücüm başımdan aşır, heç arıya baxası halım yoxdu. Yeşiyi həyətə qoyub, işimin dalıycan getdim. Elə bildim, arıdı da, orada bal yıgacaq. Bir aydan sonra gəldim həyətdə arıya baxdım, elə bildim, bal yeyəcəyik. Nə bal? Yeşikdəki arılar uçub getmişdi”.
Cəlal Amanov qeyri-hökumət təşkilatının (QHT) sədridi. İctimai fəal adamdı, çoxumuz onu tanıyırıq. Amma indi bizə bəlli olur ki, o, həm də arı sevdalısıdır. Daha dogrusu, illər əvvəl tam təsadüf nəticəsində arı saxlamaga “məcbur” olub.
İmişli rayonunda yerləşən həyət evində o, artıq neçə ildi, təmiz, qatqısız, bal kimi bal yeyir.
Macərasını da Mia.az-la bölüşür:
- Mən elə fikirləşirdim ki, arını yıgırsan yeşiyə, o, da sənə bal düzəldir. Əslində dostum məni belə başa salmışdı. Amma bir də ayıldım ki, nə bal, heç arı yoxdu. Düzü, pis oldum. Amma sonra “mən bu işi öyrənəcəm”, - deyə acıga düşdüm. Elə o ofkə ilə bir də baxdım ki, əməlli-başlı arıçı olmuşam. İndi həmin o yeşiklərin, arıların sayı artıb. Düzdü, arıçılarla bəhsə girə bilmərəm, çünki tonlarla bal tədarük edən, yüzlərlə arı ailəsinə baxan peşəkar arıçıların yanında mən sadəcə, həvəskaram. Amma bir o qədər də çox xoşbəxtəm”.
O bircə arı ailəsi Cəlal bəyin həyatını çox dəyişdirib...
- Heç nədən başım çıxmırdı. Arıçılıq üçün avadanlıqları alıb, geyinib dayanırdım yeşiyin yanında, saatlarla onların neylədiyinə baxırdım. Sonra başladım internetdən, tanış arıçılardan məlumat almaga. Macəralarım bitmirdi. Bir dəfə axşam qonaqlarım gəlmişdi, istədim arıları onlara göstərim. Elə yeşiyi açan kimi üstümüzə hücum etdilər. Qonaq qarışıq həyətin içində qaçırıq, arılar əl çəkmir. Elə paltarların üstündən neçə yerdən sancdılar bizi. Sonralar öyrəndim ki, sən demə, gecə vaxtı arı yeşiyinı açmazlar. Arı bunu özünə hücum hesab edir və müdafiə olunur.
Cəlal bəyə özümün “bal sevda”mı anladıram, yəni, mən özüm bildiyniz bal xəstəsiyəm. Çayı belə balla içirəm. Amma nədənsə, bu minbir dərdin dərmanı olan bal mənim xəstəliklərimin önünə keçə bilmir. Bəlkə biz saxta bal yeyirik?
- Balı çox yemək zərər verə bilər. Məsələn, son illərdə məndə də qanda şəkərin miqdarı yüksək göstərir. Saxta bala gəlincə, bunu anlamaq üçün indi sınanmış metodlar var, mən elə dadına baxan kimi balın saxta olub-olmadıgını anlayıram. Balı çayla qarışdıranda da onun saxtalıgını anlamaq olar: təmiz bal çayın rəngini bulanıq edir.
QHT sədrinin həyətində agaclar gül açıb. O da kameranı götürüb oturur agacların altında, güllərə daraşan arıların hərəkətlərini çəkir. Arıya görə agacları da dərmanlamır. Deyir, arı tozlanması ilə agaclar bol meyvə verir, amma çoxunu qurd vurur. Evdə arvad-uşaq deyinir, keçən il 20-30 kilo heyvanı qurd vurub, düz-əməlli istifadə edə bilməyiblər. Arıya görə Cəlal bəy evindən çox kənarda da qala bilmir, haraya getsə, tez qayıdıb özünü arılara çatdırır:
- Amma arı yeşiklərini heç yerə aparmıram. Çünki həyətimdə, yaxın ətrafda o qədər agac var ki, arıya bal toplamaga bəs edir. Deyirlər, dag balı faydalıdı-filan. Amma dagda nə arı? Arıya işləmək və gül lazımdı. Dag yerində havanın isti vaxtı az olur, arı soyuqda yeşikdən çölə çıxmır. Mən bu səbəbdən dag və soyuq yerlərdə bal təsərrüfatının effektivliyinə inanmıram. Elə ərazilərdən tonlarla bal gələndə şübhəli qalıram.
Cəlal bəy balı süzmür. Elə şanqarışıq yıgıb saxlayır və eləcə də yeyirlər. Deyir, onsuz da balı çox olmur, neyləyir süzmə aparatını. Hələ üstəlik, bu yaxınlarda yeşiklərdən birində ana arını da təsadüfən öldürüb:
- Heç bilmədim necə oldu, ana arını bir az o tərəfə-bu tərəfə itələdim, baxdım, arı hərəkətsiz qalıb. Dilxor oldum. Onsuz da ana arı yetişdirə bilmirəm, çətin işdi, hazır ana arı satırlar, alıb qoyuram yeşiyə. Onu da öldürdüm. Beçələr qaldı başsız. Gərək ana arı axtarım. Onun da qiymətini qaldırıb 25 manat eləyiblər...
Ümumiyyətlə, indi hər şeyin qiyməti qalxıb. Bala da bir azdan yaxın düşmək olmayacaq...
Zülfiyyə Mustafayeva
MİA.AZ
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini pisləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?