NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: MƏQSƏDYÖNLÜ FƏALİYYƏT VƏ UĞURLU NƏTİCƏLƏR
06-03-2023 [21:25]
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Naxçıvan Dövlət Universiteti dövlətimizin hərtərəfli qayğı və diqqətindən aldığı güclə elm və təhsil sahəsində həyata keçirmiş olduğu uğurlu tədbirlər, reallaşdırmış olduğu layihələr və məhsuldar ideyalar nəticəsində daha böyük uğurlara müvəffəq olmaqdadır. Bunun da nəticəsində, artıq ali məktəbimizdə:
- nəzəriyyədən təcrübəyə keçidin təkmil əsasları müəyyən olunmuş;
- müasir texnoloji təsisatlar əsasında tədrisin yeni mərhələsi üçün alternativ mexanizmlərdən səmərəli yararlanmaq mümkün olmuş;
- elmi araşdırmalar sahəsində aktual mövzular tədqiqatlara cəlb olunmuş;
- ixtisaslaşmanın bütün təhsil səviyyələrində etibarlı təminatına əlverişli zəmin və mühit yaradılmış;
- bununla da, elmə söykənmiş olan ali təhsilin güclü dayaqları yaradılmışdır.
Məhz bu kimi məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Dövlət Universitetində xüsuslə də, son 3 ildə qarşıya qoyulan hədəf, məqsəd və vəzifələr uğurla reallaşmış və daha da əlçatan olmuşdur. Fikrimizi aşağıdakı şəklin məlumatları əsasında ifadə edərkən aydın olur ki, təhsilin, ixtisaslaşmanın, kadr və mütəxəssis hazırlığının ən səmərəli metod və üsullarından istifadə olunmaqla, bakalavr, magistr, doktorantura və rezidentura sahələrində kadr hazırlığı prosesləri inamla davam etdirilmişdir.
Şəkil 1 üzrə hesablamalar nəticəsində aydın olur ki, 2019-2022- ci illər ərzində Naxçıvan Dövlət Universitetinin bakalavr təhsil səviyyəsində ixtisaslaşan tələbələrin sayında 1,2 dəfədən çox artım qeydə alınmışdır. Bu dinamika, magistratura təhsil səviyyəsində 1,3 dəfədən artıq olmaqla qərarlaşmışdır. Eyni müqayisəni davam etdirdiyimiz zaman aydın olur ki, universitetdə tədris prosesləri ilə yanaşı elmi araşdırmalar sahəsində də səmərəli fəaliyyət mühiti diqqətdə saxlanılmışdır. Məhz fəlsəfə və elmlər doktorluğu sahələrində dissertasiyaların yüksək elmi əsaslandırmalarla tamamlanması və nəticə etibarı ilə, doktorantların bir çoxunun uğurlu müdafiə etməsi bunun bariz ifadəsinə çevrilmişdir. Müvafiq illər üzrə rezident bölməsi üzrə təhlillər göstərir ki, bu sahədə də 1,4 dəfədən çox artım mümkün olmuşdur.
Şəkil 1: Naxçıvan Dövlət Universitetinin tələbə kontingenti haqqında məlumat

Təbii ki, Naxçıvan Dövlət Universitetinin qarşıdakı mərhələlər üzrə də hədəfləri daha da şaxəlidir və buna doğru inamla addımlamaqdadır. Bu sahədə, uzun illərin elmi araşdırma və tədris təcrübəsinə malik olan rektorumuz Elbrus müəllimin rəhbərliyi altında ali məktəbin bütün professor-müəllim heyəti fəaliyyətini əlaqəli, motivasiya ilə və uğurla davam etdirməkdədir.
Azərbaycan Respublikasının davamlı inkişaf istiqamətində həyata keirdiyi, uğurla reallaşdırmaqda olduğu və uzunmüddətli prioritetlər olaraq müəyyən etdiyi tədbirlər içərisində elm və təhsilin vəhdətinin təmin olunması, onların bir-birini tamamlaması üzrə zəruri mexanizmlərin əsaslandırılması mühüm yerə malik olmaqdadır. Bu sahədə, təbii ki, yüksək elmi araşdırmaya, axtarışa, yeniliklərə açıq olan kadrların hazırlanması və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb etməkdədir. Müasir elmi və texniki yeniliklərin, STEAM təhsilinin və ixtisaslaşmasının, nəzəriyyə ilə təcrübənin vəhdətindən ibarət olan bilik və bacarıqların sintezi bu istiqamətdəki nailiyyətlərin mühüm nəticələri olaraq çıxış etməkdədir.
Naxçıvan Dövlət Universitetində bu sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlər, dövlətin müvafiq tənzimləyici mexanizmlərinin ən gerçək nəticəsi olaraq olduqca əlamətdardır. Müvafiq sahə üzrə dövlət başçımız cənab İlham Əliyev tərəfindən 28 iyul 2022-ci il tarixində imzalanan “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman həmin proseslərin davamlılığına işıq salmaqdadır. Bu hüquqi sənədə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi adlandırılmışdır. Buradan da aydın olur ki, təhsilin elmlə vəhdətinin sənərəliliyindən ibarət olan fəaliyyətin dəstəklənməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olaraq diqqətdə saxlanılacaqdır.
Məhz bu mənada da, Naxçıvan Dövlət Universitetində son üç ildə həyata keçirilən tədbirlər məqsədyönlülüyü, dinamikliyi və əlaqəliliyi ilə seçilməkdədir. Universitet əməkdaşları, bütövlükdə, professor-müəllim heyəti, hətta tələbələr bu sahədəki dövlət qayğısınıdan bəhrələnmiş və bunu, pedaqoji fəaliyyətlə yanaşı, elmi nəticələrin səmərəliliyində də göstərmişlər.
Şəkil 2: Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətinin inkişaf dinamikası

Diqqət etdikdə aydın olur ki, universitet əməkdaşlarının 2019-2022-ci illər üzrə elmi fəaliyyətində məqalələrin yazılması və elmi tədbirlərdə iştirak etmə üzrə göstəricilər xüsusilə seçilmişdir ki, bu da, aktuallığı ilə ifadə oluna bilər. Şəkil 2-nin məlumatlarına əsasən qeyd edə bilərik ki, əgər 2019-cu ildə universitet əməkdaşlarının 388 elmi məqaləsi çap olunmuşdursa, bu göstərici, 2022-ci ildə 1,5 dəfədən artıq olmuş və 590 məqalə təşkil etmişdir.
Eyni zamanda, əgər 2019-cu ildə çap olunan ümumi elmi məqalələrin sadəcə olaraq, 7,7 faizini beynəlxalq və nüfuzlu elmi nəşrlər təşkil edirdisə, 2020-ci ildə bu göstərici, 16 faizini, 2021-ci ildə 19 faizini, 2022-ci ildə isə 31 faizini təşkil etmişdir.
Elmi fəaliyyətin mühüm göstəıricilərindən biri də elmi və nüfuzlu elmi tədbirlərdə iştirak etməklə ifadə olunur. Əgər 2019-cu ildə universitet əməkdaşları 50 elmi tədbirdə təmsil olunmuşdursa, bu göstərici, 2020-ci ildə 3,3 dəfədən artıq olmuş və 167 tədbir təşkil etmişdir. Müvafiq olaraq:
- 2021-ci ildə 8,2 dəfə artaraq, 409 elmi tədbir;
- 2022-ci ildə isə 13 dəfə artaraq 642 elmi tədbir olaraq qərarlaşmışdır.
Eyni zamanda, əgər 2019-cu ildə iştirak olunan ümumi elmi tədbirlərin sadəcə olaraq, 24 faizini beynəlxalq və nüfuzlu elmi tədbirlər təşkil edirdisə, 2020-ci ildə bu göstərici, 45 faizini, 2021-ci ildə 58 faizini, 2022-ci ildə isə 52 faizini təşkil etmişdir.
Naxçıvan Dövlət Universitetinin qarşıdakı perspektivlərini də nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, Texnologiyalar Parkının da istifadəyə verilməsindən sonra, ali məktəbin elmi göstəriciləri daha da artacaq. Bu, hər şeydən əvvəl, istər universitetin elm və təhsil sahəsindəki proseslərinin düzgün əlaqələndirilməsinin, istər, yaradıcı və araşdırmacı vərdişlərin inkişafının, istərsə də, universitet əməkdaşlarının stimullaşdırıcı fəaliyyətinin nəticəsi olaraq önəmli olacaq. Xeyirli olsun.
MİA.AZ
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?