Rüşvətə görə tutulan professoru məhkəmə buraxdı - Dekan kimin qohumudur? (Yenilənib)
03-02-2023 [11:41]
Rüşvətə görə saxlanılan professor barədə cinayət işi açılıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.
Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.
Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərtilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.
Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirləndirilir.
Mia.az onu da bildirir ki, professorun Xaçmazın icra başçısı Elnur Rzayaevlə, eyni zamanda KTN-nin Baytarlıq idarəsinin rəisi ilə yaxın qohum olduğu bildirilir.
Mia.Az
Rəsmi Bakı: "Ermənistan hərbi təxribatlara və sui-istifadə hallarına son qoymalıdır"
Kamran Əliyev keçmiş Baş prokuroru evində təltif etdi - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
LAÇIN YOLUNDAKI AKSİYADAN 99-cu GÜN ÖTÜR
Ceyhun Bayramov Brüsselə gedib
Novruz bayramına start verilib
LAÇIN YOLUNDAKI AKSİYANIN 98-ci GÜNÜ: yol açıqdır
Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub
XİN BƏYANAT YAYDI: "Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək"
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Trampın "Dərin dövlət"lə Baydenə meydan oxuması başına bəla oldu: "Məni həbs edəcəklər"
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - DİN açıqlama yaydı
Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı
Şirvan şəhərində Novruz bayramı qeyd olunub - FOTOLAR
LAÇIN YOLUNDAKI AKSİYANIN 97-ci GÜNÜ: etirazlar davam edir
Prezident və ailəsi Talış kəndində: "Bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək" - Ölkə başçısı Qarabağdan mühüm mesajlar verdi (Yenilənib)
Sabah hava necə olaacaq? - Proqnoz
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AK Partiyanın seçki düsturu: spiker dəyişir, Akar isə...
Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib
Azərbaycanda COVİD-19: daha 4 nəfər ölüb
Yolu kəsən lüt kişini bir yumruqla yerə sərdi - VİDEO/FOTO
Daha bir serialın oyunçuları evlənir
UFC yarışmasında heyrətamiz an: qadın döyüşçülər matçdan sonra sinələrini açdı (FOTOLAR)
Məşhur aktrisa şəxsi həyatına "burun soxanlar"ı hədələdi
Dursun Özbəkdən “Çempion masada müəyyənləşəcək” deyən "Fərənbağça"nın baş məşqçisinə cavab gecikmədi
PUTİNİN HƏBSİNƏ QƏRAR VERİLDİ - Beynəlxalq Cinayət Məhkəməsi hökmünü açıqladı, rəsmi Moskva operativ reaksiya verdi
Dənizdə paraşütlə üzən turist köpək balığının hücumuna məruz qalıb: "Ayağının ətini qoparıb..."
Sel bir andaca qadını və 12 yaşlı qızı ölümə belə sürüklədi - VİDEO
İlham Əliyev xalqı təbrik edib - Novruz bayramı ilə bağlı
LAÇIN YOLUNDAKI AKSİYANIN 96-cı GÜNÜ: Komitənin maşınları erməni ailələrini maneəsiz İrəvana aparır (Yenilənib)
"Yalı Çapkını"nın aktrisası yenə də yataq otağında - FOTOLAR
Azərbaycan millisinin heyəti açıqlandı
İSBAM sədri: "Burada narahatedici məqam daxildə siyasi ideoloji hazırlığın olmamasıdır"
Deputatlar Əli Əsədovun hesabatına "hə" deyib
Konfrans Liqası: 1/4 finalın püşkü atılıb
Milli Preventiv Qrupun üzvləri ermənii məhbuslarla görüşüb
“Muğanbank”ın filial müdirinə cinayət işi açılıb
Deputatdan yeni məmurlara etiraz: ""Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən" bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın"
Prezident bu ölkə ilə Anlaşma Memorandumunu təsdiqləyib