Türkiyənin ikinci ən böyük gölü sürətlə quruyur: "Ölkə 2024-2029-cu illər dəhşətli quraqlıq dövrünü yaşayacaq" - Professor həyəcan təbili çalır
31-01-2023 [19:34]
Türkiyənin ikinci ən böyük gölü - Aksaray, Konya və Ankara arasında yerləşən və əsaəsn də flaminqo və digər minlərlə quşu özünə cəlb edən Duz Gölü sürətlə quruyur.
Mia.az xəbər verir ki, bu barədə Professor Hatim Elhatip həyəcan təbili çalıb.
Aksaray Universitetinin prosessoru yerli mətbuata bildirib ki, Türkiyədə ən az yağış alan yer iç Anadolu bölgəsidir: "2021-ci ildə bölgəmizə bol yağış yağdı. Bu yağıntılar həm yeraltı, həm də yerüstü sulara müsbət təsir etdi. Qrunt sularında 30-50 santimetr artım oldu. Hazırda qlobal səbəblərə görə istiləşmə var. Bu il isə tamamilə quraq bir mövsüm yaşayırıq. Quraqlıq analizimiz üçün 50-60-cı illəri əsas götürürük. Aksaray hazırda quraqlığın şiddətli təsiri altındadır. Bu dövrlərdə ölkəmizin bir çox bölgəsi qarla doldu, amma bu il yağıntı çox azdır. Hətta xizək kurortları da süni qarla fəaliyət göstərir. Yəni, ən çox qar düşən bölgələrdə belə qar yoxdur. Nəticə etibarı ilə ölkə təhlükəli zolağa daxil olur".
Professorun sözlərinə görə, hazırda yaşayan quraqlığıa görə sürətlə quruyan Duz Gölünün ərazisi 30-40 il əvvəl 92 min 652 hektar idi: "İndisə göl quruyaraq 32500 hektara qədər kiçilib. Üstəlik, 2-3 ay əvvəl apardığımız araşdırmaya görə, göldə suyun səviyyəsi daha 10 faiz azalıb. Yəni, göl son həcminə görə daha 10 faiz balacalaşıb. Bu, həm yağıntı, həm də yeraltı suların çəkilməsi ilə əlaqələdir".
Professor deyir ki, Türkiyə 2024-2029-cu illərdə daha böyük quraqlıqla əlləşəcək: "Qlobal istiləşmənin təsirlərini çox ciddi şəkildə özünü göstərir. Baxın, Səudiyyə Ərəbistanı bölgəsini görünməyən hadisələr baş verir, subasmalar, güclü qar, sel olur. Digər yandan da buzluq bölgələrdəki buzlar sürətlə əriyir...
Çox təəssüf ki, dünya, o cümlədən Türkİyə sahib olduğu su qaynaqlarından səmərəli istifadə etmir. Üstəlik, əkin sahələri ənənəvi üsulla davam suvarılır, bu da quraqlığın böyüməsində əsas rol oynayır. Türkiyə yaxın 5 ildə, daha dəqiqi, 2024-2029-cu illərdə güclü quraqlıq görəcək. Ona görə də biz qırmızı həyəcan siqnalı veririk”.
Samir,
Mia.az
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...