CHP-dən "6-lı Masa"nın toplantısının getdiyi anda diqqətçəkən gediş - Kılıçdaroğlunun "yetər, söz millətindir" sloqanlı afişası asıldı (FOTO)

img

26-01-2023 [23:38]


Bu gün "6-lı Masa"nın 9 saatlıq sürən toplantısının keçirildiyi saatlarda Kamal Kılıçdaroğlunun lideri olduğu CHP-nin mərkəzi qərargahından maraqlı jest olunub.

Mia.az xəbər verir ki, iclasın davam etdiyi partiyanın mərkəzi qərargahının binasından Kamal Kiliçdaroğlunun şəkili olan böyük afişa asılıb.

Afişanın üzərində "yetər, söz millətindir" yazılıb.

Bu isə həmin an bütün ölkədə bu qənaəti formalaşdırıb: müxalifətin vahid namizədi Kamal Kılıçdaroğludur.

Maraqlı budur ki, "6-lı Masa"nın 9 saatlıq toplantısından sonra yayılan birgə bəyanat da "Yetər, söz millətindir" sloqanı ilə yazılıb.

Qeyd edək ki, Prezident Ərdoğan da seçki gününü açıqlaykən 74 il əvvəl baş nazir olan Menderesin "Yetər, söz də, qərar da millətindir" sözlərini xatırladıb.

Onu da qeyd edək ki, "6-lı Masa" vahid namizədini növbəti görüşdə - fevralın 13-də elan edəcək.

Samir,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq