Akşener Kiliçdaroğlunun namizədliyinə qarşı çıxan müavinini istefaya göndərdi

img

26-01-2023 [17:31]


"6'lı Masa"nın  (CHP, İYİ, Səadət, SP, DEVA, Gələcək və Demokrat partiyalarının birləşdiyi siyasi ittifaq- Mia.az) prezidentliyə vahid namizədinin kim olacağının müzakirə olunduğu gün İYİ Partiyanın sədri Meral Akşenerin müavini Cihan Paçac CHP lideri Kamal Kıliçdaroğlunun namizədliyiinin əleyhinə çıxması istefasına səbəb olub.

Mia.az xəbər verir ki, o, bu gün səhər yayılan açıqlamasına görə az əvvəl istefaya göndərilib.

Xatırladaq ki, partiyasının CHP lideri Kemal Kılıçdaroğlunun vahid namizədliyini qəbul etmədiyini bəyan edən sədr müavini "Bizim partyanın idarə heyəti onun namizədliyini qəbul edəcək nöqtədə deyil" demişdi.

O,  "Habertürk"ün yazarı Nagehan Alçıya danışan Cihan Paçacı bunu əhalinin CHP liderinin qəbul etməməməsi ilə əlaqələndirb.

Görünür, bu açıqlaması meral Akşenerin fikiri ilə üst-üstə düşməyib. Ya da həssas məqamda doğru qəbul edilməyib.

Samir MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı